Men namaz gilanda ayagyalin (yeni corabsiz) oluram.amma topuqa kimi uzun geyinirem?
Sual: SALAM.MEN NAMAZ GILANDA AYAGYALIN (YENI CORABSIZ) OLURAM.AMMA TOPUQA KIMI UZUN GEYINIREM. BU NE DERECEDE DOGRUDUR?BIR DE EVVELLER NAMAZI MOHURSUZ QILIRDIM. ANAM ISE DEYIR MOHURLE QIL ,DEDE BABADAN OLDUGU KIMI. MEN NEYLEMELIYEM? XAHISH EDIREM BUNA CAVAB TAPMAQDA MENE YARDIM EDESINIZ.. ALLAH SIZE HEMDEM OLSUN. VAR OLUN!!!
Cavab:
Və aleykumus-sələm.
1. Qadın namaz qılarkən əl və üzdən başqa bütün bədən üzvlərini örtməlidir. Bura həmçinin ayaqlar da daxil olur. Yəni, qadın namaz qılarkən corab geyinərək ayaqlarını da örtməlidir.
2. Bizim ulu dədə-babamız sayılan Peyğəmbərimiz (səllallahu aleyhi və səlləm) möhürsüz namaz qılmışdır. Elə ona görə də möhürlə namaz qılmaq dində yenilikdir. Uca Allah bizim dinimizi tamamladıqdan sonra bu dinə edilən əlavələr rədd olunur. Uca Allah əl-Maidə surəsinin 3-cü ayəsində belə buyurur: “...Bu gün dininizi sizin üçün kamil etdim, sizə olan nemətimi tamamladım və sizin üçün din olaraq islamı bəyənib seçdim...” Həmçinin Peyğəmbər (səllallahu aleyhi və səlləm) belə demişdir: “Bizim işimizə [dinimizə] müvafiq olmayan bir əməl edən kimsənin etdiyi əməl rədd edilir.” (Bu hədisi Muslim rəvayət etmişdir).
Allah bizi doğru yolda olanlardan etsin! Amin!!!
358. muslim (Baki)
Şərhlər
Hələ şərh yoxdur. İlk şərhi siz yazın.
Şərh yaz