Men mohurle namaz qiliram,bu haramdirmi?
Sual: men mohurle namaz qiliram,bu haramdirmi? mene deyirler ki, mushrikem bu duzdurmu? men amma mohuru Allah bilmirem . xahishedirem cavab yazin
Cavab:
Peyğəmbərimiz (səllallahu aleyhi və səlləm) möhürsüz namaz qılmışdır. Elə ona görə də möhürlə namaz qılmaq dində yenilikdir. Uca Allah bizim dinimizi tamamladıqdan sonra bu dinə edilən əlavələr rədd olunur. Uca Allah əl-Maidə surəsinin 3-cü ayəsində belə buyurur: “...Bu gün dininizi sizin üçün kamil etdim, sizə olan nemətimi tamamladım və sizin üçün din olaraq islamı bəyənib seçdim...” Həmçinin Peyğəmbər (səllallahu aleyhi və səlləm) belə demişdir: “Bizim işimizə [dinimizə] müvafiq olmayan bir əməl edən kimsənin etdiyi əməl rədd edilir.” (Bu hədisi Muslim rəvayət etmişdir). Sizə müşrik deyən şəxsə gəlincə, o sizə dediyi bu sözə görə yanılır. Çünki siz bunu bilmədən edirsiniz. Allah sizin namzlarınızı qəbul etsin.
210. Firengiz Arabova (Sheki)
Şərhlər
Hələ şərh yoxdur. İlk şərhi siz yazın.
Şərh yaz