Men kecen defe bir kitabda oxumusdum ki insan can veren zaman onun basinda Quran oxumaq…
Sual: ESSelamun Aleykum.men kecen defe bir kitabda oxumusdum ki insan can veren zaman onun basinda Quran oxumaq yeni Yasin oxumaq duzgun deyil.sizce bu ne derecede duzgundur?bu gun butun can verenlerin basinda yasin oxunur.onda hamisi gunahdirmi??????
Cavab:
Və aleykumus-sələm.
İnsan can verən zamanı onun başının üzərində Quran oxumaq İslam dinində yoxdur. Çünki, nə Peyğəmbərimiz (səllallahu aleyhi və səlləm), nə də onun səhabələri belə bir əməl etməmişlər. Bu da onu göstərir ki, həmin əməl dində onlardan sonra yaranmışdır. Bir sözlə dinə sonradan əlavə edilmişdir. Uca Allah bizim dinimizi tamamladıqdan sonra ona əlavələr etmək olmaz. Uca Allah buyurur: “...Bu gün dininizi sizin üçün kamil etdim, sizə olan nemətimi tamamladım və sizin üçün din olaraq islamı bəyənib seçdim...” (əl-Maidə surəsi 3-cü ayə).
Peyğəmbərimiz (səllallahu aleyhi və səlləm) demişdir: “...Əməllərin ən şəri (dinə olan) yeniliklərdir. Şübhəsiz ki, hər bir yenilik bid'ətdir, hər bir bid'ət də zəlalətdir və hər bir zəlalət də Cəhənnəmdədir...” (Bu əhdisi Muslim, Əbu Davud, Nəsai, İbn Macə, Əhməd və başqaları rəvayət etmişlər).
Odur ki, sonradan bu dinə edilən bid'ətlər (yeniliklər) rədd olunur (qəbul olunmur). Peyğəmbərimiz (səllallahu aleyhi və səlləm) bu xüsusda belə demişdir: “Bizim işimizə [dinimizə] ondan olmayan bir şeyi əlavə edənin etdiyi əməl rədd edilir.” (Bu hədisi Muslim rəvayət etmişdir).
Lakin qeyd etmək istəyirik ki, İslamın düşmənləri müsəlmanları öz dinlərindən uzaqlaşdırmaq üçün Peyğəmbərimizin (səllallahu aleyhi və səlləm) adından bir çox yalan hədislər uydurmuşlar. Odur ki, kim Allaha və Peyğəmbərimizin (səllallahu aleyhi və səlləm) SƏHİH hədislərinə tabe olarsa haqq yolunu tapmış olar və Cənnətdə Allahın nemət verdiyi peyğəmbərləri, siddiqləri, şəhidləri və saleh insanlarlı ilə birgə olacaq. Bu barədə uca Allah buyurur: “Allaha və Peyğəmbərə itaət edənlər (axirətdə) Allahın nemətlər verdiyi nəbilər (peyğəmbərlər), siddiqlər (tamamilə doğru danışanlar, etiqadı dürüst, peyğəmbərləri hamıdan əvvəl təsdiq edən şəxslər), şəhidlər və salehlərlə (yaxşı əməl sahibləriylə) bir yerdə olacaqlar. Onlar necə də gözəl yoldaşlardır!” (ən-Nisa surəsi 69-cu ayə).
Allah bütün müsəlmanları doğru yola yönəltsin! Amin!!!
1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29
Mustəqil Islam saytı. Materiallardan istifadə etdikdə istinad vacibdir. Sayt 1422-ci (2001) hicri ilinin Ramazan ayının 1-dən fəaliyyət gostərir. e-mail: mail@azerislam.com . ICQ #99931111
Şərhlər
Hələ şərh yoxdur. İlk şərhi siz yazın.
Şərh yaz