Sual-Cavab

Men Islam dininde demek olar ki tezeyem,baxmayarag ki 8 il namaz giliram,chunki,yalniz…

Sual: Salam aleykum eziz gardashlar ve bacilar!Men Islam dininde demek olar ki tezeyem,baxmayarag ki 8 il namaz giliram,chunki,yalniz iki ildir islamin elmile tanish olmusham.Men sozsuz ki Allahin ferz buyurduglarini gebul edirem.Ama men hech cur hicab geyine bilmerem.Men ailemi saxlayiram ve hicab giyinmeyim menim ishden chixmagimla sinonim olacag,chunki burada hech cur bu mumkun deil.Menim heyat yoldashim da namaz gilir ve hech bir dene de cuma namazini buraxmir,gece elave namazdarini gilir ve hegig

Cavab:

Və aleykumus-sələm.

Bəli, İslam dinində məcburiyyət yoxdur. Uca Allah buyurur: “Dində məcburiyyət (zorakılıq) yoxdur. Artıq doğruluq (iman) azğınlıqdan (küfrdən) ayırd edildi...” (əl-Bəqərə surəsi 256-cı ayə).

Bu o deməkdir ki, heç bir şəxs başqasına bir şeyi məcbur edə bilməz. Lakin bu o demək deyil ki, biz insanlara haqqı çatdırmamalıyıq, yoxsa insanlar birdən islam dinindən qaçarlar. Bu cür şeyləri şeytan insanların fikrinə salır ki, insanlar həqiqi dindən uzaq olsunlar. Çünki, şeytan yaxşı bilir ki, əgər bütün müsəlmanlar Allahın dininə layiqincə əməl etsələr, Allah onlara kömək olacaq və İslam dini yer üzərində hakim olacaqdır. Uca Allah buyurur: “Ey iman gətirənlər! Əgər siz Allaha (Allahın dininə və Peyğəmbərinə) yardım göstərsəniz, O da sizə yardım göstərər və sizi sabitqədəm (cihadda möhkəm, qüvvətli) edər.” (Muhəmməd surəsi 7-ci ayə).

Elə buna görə də şeytan hər bir vasitə ilə insanları haqq dindən yayındırır və onları hər bir vasitə ilə Allahın əmrlərini yerinə yetirməkdən uzaqlaşdırır.

Siz sualınızda belə bir ayə qeyd etmisiniz. Uca Allah buyurur: “Ey Adəm oğulları! Sizə ayıb yerlərinizi örtəcək bir geyim və bir də bəzəkli libas (və ya mal-dövlət) nazil etdik. Lakin təqva libası daha yaxşıdır (xeyirlidir). Bu, Allahın ayələrindəndir ki, bəlkə, (onunla) öyüd-nəsihətə qulaq asasınız.” (əl-Əraf surəsi 26-cı ayə).

Sonra da bu ayəni öz bildiyiniz kimi, izah etmisiniz ki, hicab bağlamaq vacib deyildir. Çünki, təqva libası ondan daha xeyirlidir. Bu ayənin belə bir izahatını ilk dəfə sizdən eşidirik. Söz yoxdur ki, təqva (Allahdan qorxmaq) hər şeydən üstündür. Uca Allah buyurur: “...Allah yanında ən hörmətli olanınız Allahdan ən çox qorxanınızdır (pis əməllərdən ən çox çəkinəninizdir). Həqiqətən, Allah (hər şeyi) biləndir, (hər şeydən) xəbərdardır.” (əl-Hucurat surəsi 13-cü ayə).

Məgər hər hansı bir əməlin o birindən xeyirli olması o deməkdir ki, birinci əməli etmək vacib deyildir? Axı uca Allah Qurani Kərimdə bir neçə ayədə baş bağlamağı qadınlara vacib etmişdir. Uca Allah buyurur: “Mömin qadınlara de ki, gözlərini haram buyurulmuş şeylərdən çevirsinlər (naməhrəmə baxmasınlar), ayıb yerlərini (zinadan) qorusunlar (və ya örtülü saxlasınlar); öz-özlüyündə görünən (əl, üz) istisna olmaqla, zinətlərini (zinət yerləri olan boyun, boğaz, qol, ayaq və s. naməhrəmə) göstərməsinlər; baş örtüklərini yaxalarının üstünə çəksinlər (boyunları və sinələri görünməsin);..” (ən-Nur surəsi 31-ci ayə).

Başqa bir ayədə isə belə buyurur: “Ya Peyğəmbər! Zövcələrinə, qızlarına və möminlərin övrətlərinə de ki, (evdən çıxdıqda cariyələrə oxşamasınlar deyə, bədənlərini başdan-ayağa gizlədən) örtüklərini örtsünlər. Bu onların tanınması (cariyə deyil, azad qadın olduqlarının bilinməsi) və onlara əziyyət verilməməsi üçün daha münasibdir. Allah bağışlayandır, rəhm edəndir!” (əl-Əhzab surəsi 59-cu ayə).

Bütün bu ayələr onu göstərir ki, baş bağlamaq uca Allahın əmridir. Allahdan qorxan şəxs də Onun bu əmrinə dərhal əməl edər və başını bağlayar. Elə əsl təqva da bu sayılar. Yoxsa ki, təqva daha xeyirlidir deyib, başını açanların dedikləri ilə əməlləri düz gəlmir. Allahın əmrlərinə laqeyd yanaşan insan necə təqvalı ola bilər!? Axı təqva Allahdan qırxub onun əmrlərini yerinə yetirmək deməkdir.

Uca Allah onun əmrlərini yerinə yetirməkdən boyun qaçıranları hədələyərək belə demişdir. Uca Allah buyurur: “(Ya Rəsulum!) Söylə: "Allaha və Peyğəmbərə (Onun Peyğəmbərinə) itaət edin! Əgər üz döndərərsinizsə, şübhəsiz ki, Allah da kafirləri (haqdan üz çevirənləri) sevməz!” (Ali İmran surəsi 32-ci ayə).

Əgər uca Allah və Onun Rəsulu hər hansı bir şeyi əmr edirsə və ya nəyisə qadağan edirsə heç bir şəxsə yaraşmaz ki, həmin əmələ öz ixtiyarı ilə əməl etsin. Uca Allah buyurur: “Allah və Peyğəmbəri bir işi əmr (hökm) etdiyi zaman heç bir mömin kişiyə və qadına öz işlərində başqa yol seçmək (öz ixtiyarları ilə ayrı cür hərəkət etmək) yaraşmaz. Allaha və Onun Peyğəmbərinə asi olan kəs, şübhəsiz ki, (haqq yoldan) açıq-aydın azmışdır! (əl-Əhzab surəsi 36-cı ayə).

Saqqal saxlamağa gəlincə də eyniylə yuxarıda qeyd etdiyimiz sözləri deyirik. Saqqal saxlamaq barəsində Peyğəmbərimiz (səllallahu aleyhi və səlləm) belə demişdir: “Saqqallarınızı uzadın (əl vurmayın), bığlarınızı qısaldın ki, məcusilərə (oda sitayiş edənlərə) müxalif olun.” Bu hədis onu göstərir ki, saqqal saxlamaq vacibdir. Çünki, bu Peyğəmbərimizin (səllallahu aleyhi və səlləm) əmridir. Hər bir müsəlman da Peyğəmbərimizin (səllallahu aleyhi və səlləm) əmrlərini yerinə yetirməlidir.

Uca Allah Qurani Kərimdə möminlərə əmr edərək belə buyurmuşdur: “Peyğəmbər sizə nə verirsə, onu götürün; nəyi qadağan edirsə, ondan əl çəkin” (əl-Həşr surəsi 7-ci ayə).

Başqa bir ayədə də belə demişdir: “...Onun (Allahın, yaxud Peyğəmbərin) əmrinə qarşı çıxanlar başlarına gələcək bir bəladan, yaxud düçar olacaqları şiddətli bir əzabdan həzər etsinlər!” (ən-Nur surəsi 63-cü ayə).

Saqqal saxlamağın hikməti odur ki, müsəlman özünü məcusulərə oxşatmasın. Kim özünü bir qövmə oxşadarsa həmin şəxs onlardan sayılır. Peyğəmbər (səllallahu aleyhi və səlləm) demişdir: “Kim özünü bir qövmə oxşadarsa, o, onlardandır.”

Həmçinin kişi saqqal saxlayır ki, qadınlardan fərqlənsin, özünü onlara oxşatmasın.

Saqqal barəsində onu da deyə bilərik ki, bütün dahi alimlərin hamısı saqqal saxlamışlar. O ki qaldı insanların onu yaxşı və ya pis qarşılamalarına, onu deyə bilərik ki, bizi yalnız Allahın bizi necə qarşılaması maraqlandırır. Əgər biz hər bir insanın dediyi ilə oturub dursaq, onda yolumuzu azmış olarıq. Çünki, bizi çoxluq maraqlandırmır. Əgər çoxluğu götürsək onda gərək İslam dinindən çıxıb, kafir və ya müşrik olaq. Çünki, dünyanın əksəriyyətini onlar təşkil edirlər. Uca Allah çoxluğa tabe olmaq barəsində belə buyurur: “Əgər yer üzündə olanların çoxuna itaət etsən, onlar səni Allahın yolundan azdırarlar. Onlar ancaq zənnə uyar və ancaq yalan danışarlar! Şübhəsiz ki, yolundan azanları ən yaxşı tanıyan Rəbbindir. Haqq yola yönələnləri də ən yaxşı bilən Odur!” (əl-Ənam surəsi 116-cı və 117-ci ayələr).

Odur ki, biz yalnız uca Allahın və Onun Peyğəmbərinin (səllallahu aleyhi və səlləm) əmrlərini və qadağalarını insanlara çatdırırıq. Biz heç kəsi məcbur etmirik ki, onlara əməl etsinlər. Kim Allahın və Onun Peyğəmbərinin (səllallahu aleyhi və səlləm) əmrlərini yerinə yetirib qadağalarından çəkinərsə onu Cənnət gözləyir. Kim də bunlardan boyun qaçırarsa bilsin ki, Allahın əzabı şiddətlidir. Allah heç kəsi məcbur etmir.

Allah bütün müsəlmanları Onun əmrlərini layiqincə yerinə yetirənlərdən etsin! Amin!!!

764. Abdullah (Essen)

Oxşar məqalələr

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz