Men boyuk gunah islemisem men namaz qiliram oruc tuturam bir sozle allaha ibadet edirem…
Sual: men boyuk gunah islemisem men namaz qiliram oruc tuturam bir sozle allaha ibadet edirem amma bir gunah ne olub men ispirtli icki icmisem bu gunahi yumaq ucun ne elek lazimdi xahis edirem deyin
Cavab:
Əs-sələmu aleykum.
Bu günahı yumaq üçün həmin əmələ görə tövbə etməlisiniz. Tövbənin şərtləri bunlardır:
1. Etdiyin günaha görə peşiman olmaq; Peyğəmbər (səllallahu aleyhi və səlləm) demişdir: “Peşimançılıq tövbədir.” (Bu hədisi imam Əhməd rəvayət etmişdir).
2. Etdiyin günahdan bir dəfəlik əl çəkmək;
3. Bir daha həmin günaha qayıtmamağı niyyət etmək;
4. Əgər etdiyin günah hər hansı bir şəxsin haqqı ilə bağlıdırsa onun haqqını ödəmək; (Məsələn: Oğurluq etmisənsə onu sahibinə qaytarmalısan, qeybət etmisənsə həmin şəxsdən üzr istəməlisən və s.)
Tövbə edən şəxs həmçinin bəzi şeylərə də riayət etməlidir. Bunların bəzilərini qeyd edək:
- Tövbə edən şəxs onu səmimi qəlbdən (ixlasla Allah üçün) etməlidir; Peyğəmbərimiz (səllallahu aleyhi və səlləm) demişdir: “Allah yalnız ixlasla (səmimi qəlbdən), Onun razılığını qazanmaq üçün edilən əməlləri qəbul edir”. (Bu hədisi Nəsai rəvayət etmişdir).
Həmçinin uca Allah belə buyurmuşdur: “Ey iman gətirənlər! Allaha səmimi-qəlbdən (bir daha günaha qayıtmamaq şərtilə) tövbə edin...” (ət-Təhrim surəsi 8-ci ayə).
- Tövbəni qəbul olunan vaxtda etmək lazımdır; Tövbənin qəbul olunmayan vaxtları bunlardır:
a) Qiyamət günü günəş məğribdən (batdığı yerdən) çıxdıqda;
b) Ölün anında;
Uca Allah buyurur: “Günah işlər görməkdə davam edərək ölüm yetişən anda: "Mən indi tövbə etdim" -deyənlərin və kafir olaraq ölənlərin tövbəsi qəbul olunmaz. Biz onlar üçün şiddətli bir əzab hazırlamışıq!” (ən-Nisa surəsi 18-ci ayə).
Bu da onu göstərir ki, tövbəni gecikdirmək olmaz. Elə ona görə də, əgər hər hansı bir şəxs günah edərsə bundan dərhal sonra tövbə etməlidir. Uca Allah buyurur: “Allah yanında yalnız o kəslərin tövbəsi qəbul olunar ki, onlar nadanlıq ucundan pis bir iş gördükdən sonra dərhal tövbə edərlər. Allah belələrinin tövbəsini qəbul edir! Həqiqətən, Allah (hər şeyi) biləndir, hikmət sahibidir!” (ən-Nisa surəsi 17-ci ayə).
Tövbə edən zaman günahları sadalamağa ehtiyac yoxdur. Çünki tövbə edən şəxs bütün günahlara görə tövbə etməlidir. Əgər insan bütün günahlara görə tövbə edərsə onun qəsdən etdiyi günahları da bağışlanır.
Allah bütün müsəlmanların tövbələrini qəbul etsin! Amin!!!
457. talibov aydin (baki)
Şərhlər
Hələ şərh yoxdur. İlk şərhi siz yazın.
Şərh yaz