Men bir sheyi deqiqleshdirmek isteyirem Toylarina cox az vaxt qalan ve bir-birini cox…
Sual: Salam Men bir sheyi deqiqleshdirmek isteyirem Toylarina cox az vaxt qalan ve bir-birini cox seven nishanli oglan ve qiz bir-birine mehremdir yoxsa namehrem? Evvelceden teshekkurumu bildirirem, ALLAH Amaninda
Cavab:
Və aleykumus-sələmş
Həmin oğlanla qız kəbinləri olana qədər bir-birilərinə naməhrəm sayılırlar. Odur ki, nə qədər ki, onların kəbinləri yoxdur, onlar bir-birilərinə naməhrəmdirlər.
İndiki dövrdə bəzi insanlar kəbinləri olmadan evlənib, ailə qururlar. Lakin bu evlənmə Allah dərgahında qəbul olunmur. Çünki, onlar kəbinsiz olaraq evlənirlər. Kəbin isə yalnız aşağıdakı şəkildə olur:
1) İştirak edənlər: Qızın vəlisi, oğlanın vəlisi, iki şahid və qazı (kəbini kəsən şəxs). Əgər bu şəxslərdən biri olmazsa nikah səhih sayılmır.
2) Kəbinin kəsilmə qaydası: Xutbətul-həca (Peyğəmbərin (səllallahu aleyhi və səlləm) cümə xütbəsinə və ya sözə başladıqda oxuduğu dua) oxunur, sonra qızın vəlisindən “Qızını həmin oğlana verməyinə razı olması” barəsində soruşulur və şahidlər buna şahid olurlar, sonra oğlanın vəlisindən “Bunu (qızı oğlana almasını) qəbul etməsi barəsində” sorusulur və şahidlər buna şahiq olurlar. Beləliklə kəbin mərasimi sona yetir.
761. ()
Şərhlər
Hələ şərh yoxdur. İlk şərhi siz yazın.
Şərh yaz