Men bir sheyi basha dushmurem,bizim muselman baci ve qardashlarimiz niye basha dishmek…
Sual: salam aleyke,evvela bu sayti acanlardan Allah razi olsun. Men bir sheyi basha dushmurem,bizim muselman baci ve qardashlarimiz niye basha dishmek istemirlerki bu sunni,shiye sohbetlerini etmek lazim deyil.Mohursuz namaz qilan goren kimi ,sen namazi mohursuz qilirsan deyib arani qizishdirirlar.Men bele hallarla cox rastlashmisham ve onlarin bu aqilsiz herekelerine tap getirmek menim ucun dozulmez hal olub.Amma cox shukler olsunki her defe men onlarin bu suallarina yerinde cavab vere bilirem ve cox
Cavab:
Və aleykumus-sələm.
Bu cür şəxslərə qısa olaraq belə cavab verin:
Allah bizə yalnız Özünə (yəni Qurani Kərimdəki əmrlərinə) və Peyğəmbərinə (səllallahu aleyhi və səlləm) (yəni onun hədislərinə) tabe olmağı əmr etmişdir. Elə haqq yolu da budur. Bu barədə uca Allah Qurani Kərimdə bir çox ayələr nazil etmişdir.
Uca Allah buyurur: “Allaha və Peyğəmbərə itaət edin. Əgər (itaətdən) boyun qaçırsanız, bilin ki, Peyğəmbərimizin vəzifəsi yalnız açıq bir təbliğdir (Quranı açıq-aydın təbliğ etməkdir).” (əl-Maidə surəsi 92-ci ayə).
Başqa bir ayədə isə belə buyurur: “Ey iman gətirənlər! Allaha itaət edin, Peyğəmbərə itaət edin və (şəkk-şübhə, riya, küfr və nifaq kimi şeylərlə) əməllərinizi puça çıxartmayın!” (Muhəmməd surəsi 33-cü ayə).
Bu ayələr onu göstərir ki, biz hər bir əməli Peyğəmbərimizin (səllallahu aleyhi və səlləm) etdiyi kimi etməliyik. Çünki, uca Allah Peyğəmbərimizi (səllallahu aleyhi və səlləm) insanlar üçün bir nümunə, örnək olaraq göndərmişdir.
Uca Allah buyurur: “Həqiqətən, Allahın Rəsulu Allaha, qiyamət gününə ümid bəsləyənlər (Allahdan, qiyamət günündən qorxanlar) və Allahı çox zikr edənlər üçün gözəl örnəkdir!” (əl-Əhzab surəsi 21-ci ayə).
Ona görə də namazları da Peyğəmbərimizin (səllallahu aleyhi və səlləm) qıldığı kimi qılmalıyıq. Peyğəmbərimiz (səllallahu aleyhi və səlləm) isə heç vaxt möhürlə namaz qılmamışdır. Həmçinin Peyğəmbərimizin (səllallahu aleyhi və səlləm) ardıcılları olan səhabələrin də heç biri möhürlə namaz qılmamışdır. Elə ona görə də möhürlə namaz qılmaq dində yenilikdir. Uca Allah bizim dinimizi tamamladıqdan sonra isə bu dinə edilən əlavələr rədd olunur. Uca Allah əl-Maidə surəsinin 3-cü ayəsində belə buyurur: “...Bu gün dininizi sizin üçün kamil etdim, sizə olan nemətimi tamamladım və sizin üçün din olaraq islamı bəyənib seçdim...”
Həmçinin Peyğəmbər (səllallahu aleyhi və səlləm) belə demişdir: “Bizim işimizə [dinimizə] müvafiq olmayan bir əməl edən kimsənin etdiyi əməl rədd edilir.” (Bu hədisi Muslim rəvayət etmişdir). Bu hədis onu göstərir ki, kim dinə yeni bir şey gətirərsə o əməl ondan qəbul olunmaz.
855. Tarverdi (Baki)
Şərhlər
Hələ şərh yoxdur. İlk şərhi siz yazın.
Şərh yaz