Sual-Cavab

Men bilmek isterdim islami elmini ve savadini artirmagla yanashi gozel insani…

Sual: Men bilmek isterdim islami elmini ve savadini artirmagla yanashi gozel insani keyfiyyetlere malik olmagi ikinci plani salanlara ne meslehet vererdininiz. Men adam taniyiram ki, oz islami elmini artirir lakin hemishe yersiz mubahiseler edir, ozunu tekebburlu aparir ve bununla yanashi oz emellerine giymet vermeyi bacarmir. men hemin adama basha sala bilmirem ki, oz elmini artirmagla yanashi yaxshi emelleri ile digerlerine numune olmag lazimdir. Bu barede ne deye bilersininz. Allah sizden razi olsu

Cavab:

Və aleykumus-sələm. İslam elminə yiyələnən şəxs, öyrəndiyi həmin elmə əməl edərsə insani keyfiyyətlərə də malik olar. İnsani keyfiyyətlərə malik olmayan o şəxslərdir ki, onlar öyrəndikləri İslam elminə layiqincə əməl etmirlər. Odur ki, həmin şəxslərə öyrəndikləri islam elminə layiqincə əməl etmələrini məsləhət görərdik. Ömər (Allah ondan razı olsun) demişdir: “Biz Qurani Kərimdən on ayə əzbərləyib onlara əməl etməyincə o biri ayələri əzbərləməzdik.” Bu da onu göstərir ki, hər bir müsəlman öyrəndiyi İslam elminə əməl etməlidir ki, gözəl əxlaqı olsun.

Allah sizdən də razı olsun!

294. SHIRIN (Sumqayit)

Oxşar məqalələr

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz