Sual-Cavab

Men artig bir nece defe pul sheklinde fitre-zekati mesjidmize vermishem?

Sual: Salam Aleykum. Sualimi cavabladiginiz uchun teskekkur edirem, Allah Razi olsun. Ama deyirsiniz ki fitre-zekati pulnan vermek olmaz. Men artig bir nece defe pul sheklinde fitre-zekati mesjidmize vermishem. Yoxsa bu duz deyil? Evelceden teshekurler. Allah tutdugumuz orujlari gebul eleyenlerden etsin, inshallah. Allah elmimizi artirsin, Amin! Salam Aleykum.

Cavab:

Və aleykumus-sələm.

Bizə etimad edib sual verdiyiniz üçün biz də sizə öz dərin minnətdarlığımızı bildiririk.

Fitrə zəkatını pul şəklində məscidə vermək də düzgün deyildir. Əgər belə bir əməl düzgün olsa idi ilk növbədə onu Peyğəmbərimiz (səllallahu aleyhi və səlləm) və onun ardıcılları olan səhabələr edərdilər. Biz hər bir dini məsələdə Peyğəmbərimizə tabe olmalıyıq. Uca Allah buyurur: “Ey iman gətirənlər! Allaha, Peyğəmbərə və özünüzdən olan ixtiyar (əmr) sahiblərinə itaət edin! Əgər bir iş barəsində mübahisə etsəniz, Allaha və qiyamət gününə inanırsınızsa, onu Allaha və Peyğəmbərə həvalə edin! Bu daha xeyirli və nəticə etibarilə daha yaxşıdır.” (ən-Nisa surəsi 59-cu ayə).

Allah hamının ibadətlərini qəbul etsin! Amin!!!

479. SHAMXAL (BAKI)

Oxşar məqalələr

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz