Sual-Cavab

Men 29.11.2004 den 30.11.2004 kechen gece qeribe bir yuxu gormushem.Yuxumda gorurem…

Sual: Salam.Men 29.11.2004 den 30.11.2004 kechen gece qeribe bir yuxu gormushem.Yuxumda gorurem ki,men kiminlese(bilmedim kim idi) uca,sonsuz bir sozle tesevvur olunmayan yerde gedirik.Birdene uca dag formasinda qesr.Ora daxil oluruq.Gorurem ki,3 dene nurani kishi gelir.Adamdirlar,amma ag paltarda ,paltarlari ichig sachir.Sineden yuxari uzlerin gormek olmur.Yanimdaki mene deyir ki,bunlar peygemberlerdi.Isa,Musa ve birde Mehemmed (s) peygember.Onlar gelib giriler icheri,yanimizdan kechib gedirler kitab

Cavab:

Və aleykumus-sələm.

Sizizn gördüyünüz bu yuxu həqiqət deyildir. Bu yuxu şeytan tərəfindən də ola bilər. Bunun səbəbləri aşağıdakılardır:

1. Qeyd edirsiniz ki, yuxuda onların üzlərini görmək olmur. Elə isə hansı əsasa görə yuxuda yanınızda olan şəxs onların peyğəmbərlər olduğunu iddia edir?

2. Həmçinin onların İsa, Musa və Muhəmməd (səllallahu aleyhi və səlləm) olduğunu yəqinliklə deyən şəxs gərək ən azı onların vəsfini əvvəlcədən bilmiş olsun. Yuxuda sizin yanınızda olan həmin şəxs həmin peyğəmbərlərin sifətlərini (xarici görünüşlərini) əvvəlcədən bilir, ya yox? Bu da sizə bəlli deyil. Çünki, siz onu tanımırdınız.

3. Siz tanımadığınız şəxsin dediklərinə nə əsasa görə inanırsınız. Bəlkə həmin şəxs şeytanın özüdür.

4. Siz yuxuda görmüsünüz ki, o insanlardan birinin əlində üzərində xaç olan kitab var idi və buna əsasən də deyirsiniz ki, o İsa peyğəmbərdir. Sual: Siz nəyə əsasən deyə bilərsiniz ki, İsa peyğəmbərə nazil olan “İncil” kitabının üzərində xaç olub. Axı həmin kitabın əsli hal-hazırkı dövrdə yoxdur. Həmçinin İsa peyğəmbər çarmıxa (xaça) çəkilməmişdir. Uca Allah İsa peyğəmbərin çarmıxa çəkilməsini iddia edənlərə rədd edərək belə buyurur: “(Nəsranilərin lənətə düçar olmalarının bir səbəbi də: ) "Biz, Allahın elçisi Məryəm oğlu İsa əl-Məsihi öldürdük", - demələridir. Halbuki onlar İsanı nə öldürdülər, nə də çarmıxa çəkdilər. Onlarda yalnız belə bir təsəvvür yarandı. Bu haqda ixtilafda olanlar onun (şəxsən öldürülməsi) barəsində, əlbəttə, şəkk-şübhə içərisindədirlər. Onların buna dair heç bir məlumatı yoxdur. Onlar ancaq zənnə qapılırlar. Həqiqətdə onu (İsanı) öldürməmişdilər. Xeyr, Allah onu Öz dərgahına qaldırmışdır. Şübhəsiz, Allah yenilməz qüvvət sahibi, hikmət sahibidir!” (ən-Nisa surəsi 157, 158-ci ayələr).

Bu ayədən sonra kim iddia edər ki, İsa peyğəmbər çarmıxa çəkilib və onun kitabının üzərində də xaç şəkili var.

5. Həmçinin yuxuda gördüyünüz varlıq İsa peyğəmbərə deyir ki, sən yaralısan. Axı İsa peyğəmbər yaralanmamışdır, əksinə uca Allah onu sağ-salamat öz dərgahına qaldırmışdır. Öncə qeyd etdiyimiz ayə bunu açıq-aydın göstərir.

6. Əstəğfurullah, siz deyirsiniz ki, yuxuda gördüyünüz deyəsən Allahdır. Bu heç vaxt mümkün deyildir. Uca Allahı indiyə kimi nə yuxuda, nə də adi halda heç kəs, hətta peyğəmbərlər belə görməmişdir. Uca Allah buyurur: “Musa təyin etdiyimiz vaxtda gəldikdə Rəbbi onunla danışdı. [Musa] dedi: “Ey Rəbbim! [Özünü] mənə göstər, Sənə baxım.” O dedi: “Sən məni [bu dünyada] görməzsən! Lakin dağa bax. Əgər o, öz yerində qala bilsə, sən də Məni görəcəksən”. Rəbbi dağa göründükdə onu parça-parça etdi. Musa da bayılaraq yerə sərildi. Özünə gəldikdə isə dedi: “Sən pak və müqədəssən! Sənə tövbə etdim və mən iman gətirənlərin birincisiyəm!”(əl-Əraf surəsi 143-cü ayə).

Uca Allahı Qiyamət günü yalnız möminlər görəcəklər. Uca Allah buyurur: “O gün neçə-neçə üzlər sevinib güləcək; Öz Rəbbinə baxacaqdır!” (əl-Qiyamə surəsi 22, 23-cü ayələr).

Bütün bunlar onu göstərir ki, sizin gördüyünüz yuxu həqiqət ola bilməz. Bu şeytan tərəfindən olan yuxulara daha çox bənzəyir. Həmçinin yuxuda ağ paltarlı insan görmək heç də həmin insanların saleh insanlar olmasına dəlalət etmir. Əksər insanlar elə düşünürlər ki, yuxuda ağ paltarlı kimisə görübsə bu mütləq ya peyğəmbərdir, ya da hər hansı bir saleh insandır. Elə bu etiqada görə də şeytan həmin insanların yuxularına ğa paltarlı insanlar şəklində girir və onları haqq yoldan azdırır. Allah bizim hamımızı şeytanın şərindən qorusun! Amin!!!

648. Samir akbeli (Baki)

Oxşar məqalələr

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz