Me Allahin yolunda,Allahin komeki ile oruc tuturam cunku bu Ramazan ayi 11 ayin…
Sual: Salam.Me Allahin yolunda,Allahin komeki ile oruc tuturam cunku bu Ramazan ayi 11 ayin sultanidir burada Allah i yolunda insan paklashir,temizlenir pis-pis emellerden uzaq olur.Menim sualim beledir, men bilmek isteyerdim ne ucun iftari xurma ile achillar,ve tarixini
Cavab:
Və aleykumus-sələm. Allah həm sizin, həm də bütün möminlərin orucunu qəbul etsin. Peyğəmbərimiz (səllallahu aleyhi və səlləm) iftarını xurma ilə açdığı üçün biz də çalışmalıyıq ki, iftarımızı onun kimi açaq. Aişə (Allah ondan razı olsun) rəvayət edir ki, “Peyğəmbər (səllallahu aleyhi və səlləm) orucunu yeni yetişmiş (yəni hələ quruyub bərkiməmiş) xurma ilə açardı. Yeni yetişmiş xurma tapmadıqda isə quru xurma ilə açardı, onu da tapmadıqda bir neçə qurtum su ilə açardı.” Bu hədis onu göstərir ki, Peyğəmbərimizə (səllallahu aleyhi və səlləm) tabe olub onun kimi açmaq daha əfzəldir.
224. G. Kazımova ()
Şərhlər
Hələ şərh yoxdur. İlk şərhi siz yazın.
Şərh yaz