Man ozum 3 ildir ki namaz qiliram?
Sual: salamaleykum. man ozum 3 ildir ki namaz qiliram. ancaq manim atam ve anam va butun ata tarafimin qohumlari siediler. man onlari musalman olmaga cagiriram lakin onlar mana vahhabi deyirlar. onlar bela deyanda manim onlara yazigim galir. ALLAH rizasi ucun mana ela bir soz deyin ki onlara deyanda hamisi iman gatirsinlar. ALLAH sizdan razi olsun. salamaleykum
Cavab:
Və aleykumus-sələm.
Sizə öz ata-ananıza və qohumlarınıza bizim yazdığımız bu sözləri səbr və təmkinlə başa salmağınızı məsləhət görürük. Bu sözlər aşağıdakılardır:
Öncə də qeyd etdik ki, vahabi adlanan məzhəb yoxdur. Həmçinin vahabi namazı adlanan namaz da yoxdur. Bu bəzi İslam düşmənlərinin müsəlmanları parçalamaq üçün uydurduğu addan başqa bir şey deyildir. Odur ki, kim özünü vahabi adlandırırsa o bununla səhv etmiş olur. Çünki, uca Allah insanları vahabi deyil, məhz müsəlman adlandırmışdır.
Uca Allah buyurur: “(Ey möminlər!) Allah yolunda layiqincə cihad edin. O (Öz dini üçün) sizi seçdi və dində sizin üçün heç bir çətinlik yeri qoymadı - atanız İbrahimin dini (dinində olduğu) kimi. (Ey Muhəmməd ümməti!) Allah bundan (Quran nazil olmamışdan) əvvəl də, bunda (Quranda) da sizə müsəlman adını verdi ki, (qiyamət günü) Peyğəmbər (dinin təbliği, sizin ona iman gətirməyiniz, itaət etməyiniz barədə) sizə, siz də (əvvəlki peyğəmbərlərin Allahın hökmlərini öz ümmətlərinə çatdırdıqları halda) insanlara şahid olasınız. Elə isə (vaxtlı-vaxtında) namaz qılın, zəkat verin və Allaha sığının. (Allah) sizin ixtiyar sahibinizdir. O nə yaxşı ixtiyar sahibi, necə də gözəl imdada yetəndir!” (əl-Həcc surəsi 78-ci ayə).
Hər bir müsəlman haqq yolunu bilmək istəyirsə yalnız Allaha və Onun Peyğəmbərinin (səllallahu aleyhi və səlləm) SƏHİH hədislərinə tabe olmalıdır.
Bu barədə uca Allah Qurani Kərimdə bir çox ayələr nazil etmişdir. Uca Allah buyurur: “Allaha və Peyğəmbərə itaət edin. Əgər (itaətdən) boyun qaçırsanız, bilin ki, Peyğəmbərimizin vəzifəsi yalnız açıq bir təbliğdir (Quranı açıq-aydın təbliğ etməkdir).” (əl-Maidə surəsi 92-ci ayə).
Başqa bir ayədə isə belə buyurur: “Ey iman gətirənlər! Allaha itaət edin, Peyğəmbərə itaət edin və (şəkk-şübhə, riya, küfr və nifaq kimi şeylərlə) əməllərinizi puça çıxartmayın!” (Muhəmməd surəsi 33-cü ayə).
Lakin qeyd etmək istəyirəm ki, İslamın düşmənləri müsəlmanları parçalamaq üçün Peyğəmbərimizin (səllallahu aleyhi və səlləm) adından bir çox yalan hədislər uydurmuşlar. Əgər siz Qurani Kərimə və Peyğəmbərimizin (səllallahu aleyhi və səlləm) yalnız səhih hədislərinə tabe olsanız onda düzgün namaz qılmayan firqələrin hamısını tanıyacaqsınız.
Odur ki, kim Allaha və Peyğəmbərimizin (səllallahu aleyhi və səlləm) yalnız səhih hədislərinə tabe olarsa haqq yolunu tapmış olar və Cənnətdə Allahın nemət verdiyi peyğəmbərləri, siddiqləri, şəhidləri və saleh insanlarlı ilə birgə olacaq. Bu barədə uca Allah buyurur: “Allaha və Peyğəmbərə itaət edənlər (axirətdə) Allahın nemətlər verdiyi nəbilər (peyğəmbərlər), siddiqlər (tamamilə doğru danışanlar, etiqadı dürüst, peyğəmbərləri hamıdan əvvəl təsdiq edən şəxslər), şəhidlər və salehlərlə (yaxşı əməl sahibləriylə) bir yerdə olacaqlar. Onlar necə də gözəl yoldaşlardır!” (ən-Nisa surəsi 69-cu ayə).
Allahdan istəyirik ki, hamımızı Allaha və Peyğəmbərinə (səllallahu aleyhi və səlləm) itaət edənlərdən etsin! Amin!!!
741. RUSLAN (BAKI)
Şərhlər
Hələ şərh yoxdur. İlk şərhi siz yazın.
Şərh yaz