Hədis elmi

Mal istehsal etmək


حدثنا حنش بن الحارث عن أبيه قال كان الرجل منا تنتج فرسه فينحرها فيقول أنا أعيش حتى أركب هذا فجاءنا كتاب عمر أن اصلحوا ما رزقكم الله فإن في الأمر تنفسا

478.Hənəş ibnul-Haris atasından rəvayət edir ki, bizlərdən birinin atı balaladıqdan sonra onu kəsər və deyərdi: “Görəsən buna (atın balasına) miniləcək vaxtadək yaşayacağammı?” Elə o vaxt bizə Ömərin (r.a) məktubu gəldi ki: “Allahın sizə verdiyi ruzini yoluna qoyun. Çünki Qiyamətin gəlişi müəyyən vaxtla bağlıdır”.
[ Səhihdir ]

عن أنس بن مالك عن النبي صلى الله عليه وسلم قال ان قامت الساعة وفي يد أحدكم فسيلة فان استطاع أن لا تقوم حتى يغرسها فليغرسها

479.Ənəs ibn Malik (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.s) dedi: “Qiyamət qopduğu zaman sizdən birinizin əlində körpə xurma ağacı olarsa və Qiyamət qopmamış onu yerə bastıra bilirsə, qoy bastırsın”.
[ Səhihdir ]

قال عبد الله بن سلام ان سمعت بالدجال قد خرج وأنت على ودية تغرسها فلا تعجل أن تصلحها فإن للناس بعد ذلك عيشا

480.Abdullah ibn Səlam (r.a) dedi: “Əgər (Qiyamətin əlamətlərindən olan) Dəccalın çıxdığını eşitsən və əlində yerə bastıracağın körpə xurma ağacı varsa, onu düzəltməyə tələsmə. Çünki insanlar bundan sonra hələ yaşayacaqlar”.

Oxşar məqalələr

Hədis elmi

Qohumluq əlaqələrını möhkəmləndırməyın fəzılətı

عن أبى هريرة قال اتى رجل النبي صلى الله عليه وسلم فقال يا رسول الله ان لي قرابة أصلهم ويقطعون وأحسن إليهم ويسيئون إلى ويجهلون على وأحلم عنهم قال لئن …

2 dəq. oxunuş 3 828
Hədis elmi

Mömin tənə vuran deyil

عن سالم بن عبد الله قال ما سمعت عبد الله لاعنا أحدا قط ليس إنسانا وكان سالم يقول قال عبد الله بن عمر قال رسول الله صلى الله عليه وسلم لا ينبغي للمؤمن…

3 dəq. oxunuş 4 065

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz