Sual-Cavab

Maida suresinin 55-ci ayesinde buyurulmush "ruku halinda zekat verenler"den meqsed kimdir?

Sual: Salam. 1 sual sorushmaq isteyirem. Maida suresinin 55-ci ayesinde buyurulmush "ruku halinda zekat verenler"den meqsed kimdir? (yakimunassalatu va yutunazzakatu va hum rakiun). Chox saq olun

Cavab:

Və aleykumus-sələm.

Bu ayədə uca Allah buyurur: “Sizin haminiz ancaq Allah, Onun Peyğəmbəri və iman gətirənlərdir. O kəslər ki, (Allaha) boyun əyərək namaz qılır və zəkat verirlər.” (əl-Maidə surəsi 55-ci ayə).

Bəzi rəvayətlərdə gəlmişdir ki, bu Ubədə İbn Samitdir (Allah ondan razı olsun). Lakin bu rəvayət zəifdir.

Həmçinin bəzi rəvayətlərdə də gəlmişdir ki, bu Əli İbn Əbu Talibdir (Allah ondan razı olsun). Lakin bu rəvayət də zəifdir. Çünki bu rəvayəti nəql edən ravilər içərisində (yəni hədisin isnadında) Mətləb ibn Ziyad adlı ravi etibarsız ravidır. Əbu Hatim onun haqqında belə demişdir: “Onun rəvayət etdiyi hədisə etimad edilmir.” Həmçinin bu hədisin başqa bir yolla gələn isnadı da zəifdir. Həmun isnadda hədisi İbn Abbasdan rəvayət edən ravi əslində İbn Abbası heç vaxt görməmişdir. Bu da onu göstərir ki, həmin hədisin isnadı sınıqdır. Bu cür isnadlar isə qəbul olunmur.

Həmçinin başqa rəvayətlər də zəifdir.

Səhih olan odur ki, bu ayədə qeyd olunan “و هم راكعون” (və hum rakiun) sözünün mənası, “(Allaha) boyun əyərək” deməkdir. Yəni uca Allahın qeyd etdiyi müsəlmanlar Allaha boyun əyərək namaz qılır və zəkat verirlər.

404. kerimov abuzer (baki)

Oxşar məqalələr

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz