Aktual

Lal və kor dünya!!!

Lal və kor dünya!!!

Fələstinin Qəzza bölgəsi yenidən İsrail dövləti tərəfindən bombalanır…
300 şəhid, 1000-dən çox yaralı indiyədək olan məlumatdır.

Hələ neçə can yanacaq, neçə gənc şəhid olacaq, neçə körpə qanına qəltan olacaq, neçə insan ömrünün sonunadək bu vəhşətin izini daşıyıb – şikəst olaraq yaşayacaq...
Hələ neçə ev viran, neçə bina yerlə yeksan olacaq…

Dünya isə sanki lal olub. Susur! İddialı şəkildə susur… Seyirçidir bütün olub bitənlərə… necə ki, yarım əsrdir bu seyrçi rolunu böyük məharətlə oynayaraq lal olub.
Fələstin isə qan ağlayır. Küçələr qan gölünə dönüb. Yaralılar nə xəstəxanalara, nə evlərə sığır.
Titrək, qanlı dodaqlarda son kəlimə “Lə iləhə illəllah…” olur.

Qəzza, ummətin ilk səcdəgahı, Məscidül Aksa hayqırır…
Lakin dünya kar olub. Heç nə eşitməməkdə də iddialıdır. Dünya öz işindədir – Yeni ilini təmtaraqla qarşılamaqda, terrorla mübarizəsində, silah istehsalında, gözəllik müsabiqəsində, heyvan hüquqlarını qorumaqda... - öz işində…

Fələstinin isə sərhədləri qapalı – nə bir yaralı çıxa bilər, nə bir yardım girə bilər…
Adi ev heyvanının şikəst qalmaması üçün o ölkədən bu ölkəyə həkim axtarışına çıxıb, milyonlar xərcləyən “mərhəmətli insanlıq” lal olub.
Dunya Birlikləri, İnsan Hüquqlarını qoruyan cəmiyyətlər, sülhsevərlər, insanpərvərlər - hamı, hamı susur…
Əslində isə, bombalanan Fələstin deyil, bombalanan insanların içindəki insanlıqdır...
İçimizdəki insanlıq bombalanır.

Gəlin heç olmasa biz susmayaq, ilk və son silahımızı – dualara açılan əllərimizi qaldıraraq Fələstin üçün dua edək:

-Allahım, Sənsən ən gözəl vəkil, vəkilimiz ol!!!
Müsəlman qardaşlarımızı darda qoyma!!!
Məzlumların haqqını yerdə qoyma!!!
Müsəlman ümmətini cəm, güclü, izzətli və şərəfli et!!!
Amin!


Şəhidlərin şahidin olsun, Fələstinim!


Fa`ni / Azerislam.com

Foto: REUTERS

Video görüntü burada...

Fələstinli, Qəzzadakı zülm içində inləyən qardaşlarımıza online yardım etmək istəyənlər üçün keçid burada >>>

Oxşar məqalələr

Aktual

Susmaq sənəti

Cəlaləddin Rumi bir şeirində deyir ki: ...Hər sözə veriləcək bir cavabım var. Lakin bir sözə baxaram sözmü deyə, Bir də söyləyənə baxaram adammı deyə…

3 dəq. oxunuş 4 945
Aktual

Özünü itirmək

Qəlb kəlməsi Peyğəmbərimizin bir hədisində də deyildiyi kimi, "inqilab edən" "davamlı dəyişən" "bir qərarda dayanmayan" mənasına gəlir. Yəni "dəyişkə…

3 dəq. oxunuş 3 033

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz