Köləyə tərbiyə vermək
يزيد بن عبد الله بن قسيط قال أرسل عبد الله بن عمر غلاما له بذهب أو بورق فصرفه فأنظر بالصرف فرجع إليه فجلده جلدا وجيعا وقال اذهب فخذ الذي لي ولا تصرفه
Yezid ibn Abdullah ibn Quseyt rəvayət edir ki, Abdullah ibn Ömər (r.a) öz köləsinə qızıl, yaxud gümüş verib onu iş dalınca göndərdi. O, bu pula alver etdi və malı nisyə aldı. Sonra ibn Ömərin (r.a) yanına qayıtdı. İbn Ömər (r.a) onu qamçı ilə vurub dedi: “Qayıt, mənə lazım olan şeyi al və nisyə alver etmə”.
[ İsnadı həsəndir ]
عن أبي مسعود قال كنت أضرب غلاما لي فسمعت من خلفي صوتا اعلم أبا مسعود! لله أقدر عليك منك عليه فالتفت فإذا هو رسول الله صلى الله عليه وسلم قلت يا رسول الله فهو حر لوجه الله فقال أما إن لو لم تفعل لمستك النار أو للفحتك النار
Əbu Məsud (r.a) deyir ki, mən öz köləmi vururdum. Birdən arxamdan səs eşitdim: “Ey Əbu Məsud! Bil ki, sən cəza verməyə qadir olduğundan daha çox Allah sənə cəza verməyə qadirdir”. Dönüb gördüm ki, (arxamda dayanan) Peyğəmbərdir (s.a.s) Dedim: “Ey Allahın elçisi! Mən onu Allahın Üzü xatirinə azad edirəm”. O dedi: “Əgər sən belə etməsəydin Cəhənnəm odu sənə toxunar, yaxud səni yandırardı”.
[ Səhihdir ]
Şərhlər
Hələ şərh yoxdur. İlk şərhi siz yazın.
Şərh yaz