Hədis elmi

Kölənin öz ağasına nəsihət etməsi

عبد الله بن عمر أن رسول الله صلى الله عليه وسلم قال إن العبد إذا نصح لسيده وأحسن عبادة ربه له أجره مرتين

Abdullah ibn Ömər (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.s) dedi: “Əgər kölə öz ağasına nəsihət etsə və Rəbbinə gözəl tərzdə ibadət etsə, ikiqat savab qazanar”.
[ Səhihdir ]

حدثنا صالح بن حي قال قال رجل لعامر الشعبي يا أبا عمرو إنا نتحدث عندنا أن الرجل إذا أعتق أم ولده ثم تزوجها كان كالراكب بدنته فقال عامر حدثني أبو بردة عن أبيه قال قال لهم رسول الله صلى الله عليه وسلم ثلاثة لهم أجران رجل من أهل الكتاب آمن بنبيه وآمن بمحمد صلى الله عليه وسلم فله أجران والعبد المملوك إذا أدى حق الله وحق مواليه ورجل كان عنده امة يطأها فأدبها فأحسن تأديبها وعلمها فأحسن تعليمها ثم أعتقها فتزوجها فله أجران قال عامر أعطيناكها بغير شيء وقد كان يركب فيما دونها إلى المدينة

Saleh ibn Heyy rəvayət edir ki, bir kişi Amir əş-Şabiyə dedi: “Ey Əba Amr! Biz elə hesab edirik ki, əgər kişi öz kənizini azad edib sonra onunla evlənsə, dəvəsini qurban kəsmiş sayılar”. Amir dedi: “Əbu Burdə öz atasından mənə rəvayət etmişdir ki, Peyğəmbər (s.a.s) onlara dedi: “Üç sinif insan iki dəfə savab qazanır. Əvvəlcə öz peyğəmbərinə, sonra da Muhəmmədə (s.a.s) iman gətirmiş Kitab əhli iki dəfə savab qazanır. Həm Allahın, həm də ağasını haqqını ödəyən tabeçilikdə olan kölə (iki dəfə savab qazanır). Kənizinə yaxşı təlim-tərbiyə keçən, sonra onu azad edib onunla evlənən kişi iki dəfə savab qazanır”. Amir dedi: “Heç bir şeysiz o dəvəni sənə verdik. Halbuki Mədinəyə getdikdə onu minərdilər”.
[ Səhihdir ]

عن أبى موسى قال قال رسول الله صلى الله عليه وسلم المملوك الذي يحسن عبادة ربه ويؤدى إلى سيده الذي فرض الطاعة والنصيحة له أجران

Əbu Musa (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.s) dedi: “Rəbbinə gözəl tərzdə ibadət edən, ağasına itaət və nəsihət edən kölə ikiqat savab qazanar”.
[ Səhihdir ]

عن أبي بردة قال قال رسول الله صلى الله عليه وسلم المملوك له أجران إذا أدى حق الله في عبادته أو قال في حسن عبادته وحق مليكه الذي يملكه

Əbu Burdə (r.a) atasından rəvayət edir ki, Peyğəmbər (s.a.s) dedi: “Kölə ibadət edib Rəbbinin haqqını və (itaət edib) onu saxlayan ağasının haqqını ödəsə, ikiqat savab qazanar”.
[ Səhihdir ]

Oxşar məqalələr

Hədis elmi

Qohumluq əlaqələrını möhkəmləndırməyın fəzılətı

عن أبى هريرة قال اتى رجل النبي صلى الله عليه وسلم فقال يا رسول الله ان لي قرابة أصلهم ويقطعون وأحسن إليهم ويسيئون إلى ويجهلون على وأحلم عنهم قال لئن …

2 dəq. oxunuş 3 828
Hədis elmi

Mömin tənə vuran deyil

عن سالم بن عبد الله قال ما سمعت عبد الله لاعنا أحدا قط ليس إنسانا وكان سالم يقول قال عبد الله بن عمر قال رسول الله صلى الله عليه وسلم لا ينبغي للمؤمن…

3 dəq. oxunuş 4 065

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz