Kölə himayədardır
عن بن عمر أن رسول الله صلى الله عليه وسلم قال كلكم راع وكلكم مسئول عن رعيته فالأمير الذي على الناس راع وهو مسئول عن رعيته والرجل راع على أهل بيته وهو مسئول عن رعيته وعبد الرجل راع على مال سيده وهو مسئول عنه ألا كلكم راع وكلكم مسئول عن رعيته
İbn Ömər (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.s) dedi: “Hər biriniz himayəçisiniz! Və hər biriniz himayəsində olanlara cavabdehdir. Camaata rəhbərlik edən əmir himayəçidir. Və o, rəiyyətinə cavabdehdir. Kişi öz ailəsinin hamisidir. Və o, himayəsində olanlara cavabdehdir. Kölə öz ağasının malını qoruyandır. Və o, buna cavabdehdir. Diqqət edin! Hər biriniz himayəçisiniz! Və hər biriniz himayəsində olanlara cavabdehdir”.
[ Səhihdir ]
عن عبد الله بن سعد مولى عائشة زوج النبي صلى الله عليه وسلم قال سمعت أبا هريرة يقول العبد إذا أطاع سيده فقد أطاع الله عز وجل فإذا عصى سيده فقد عصى الله عز وجل
Peyğəmbərin (s.a.s) zövcəsi Aişənin (r.a) himayəsində olan Abdullah ibn Sə'd rəvayət edir ki, Əbu Hureyra (r.a) dedi: “Kölə öz ağasına itaət etsə, qüdrətli və əzəmətli Allaha itaət etmiş olar, ona asi olsa, qüdrətli və əzəmətli Allaha asi olmuş olar”.
[ İsnadı zəifdir ]
Şərhlər
Hələ şərh yoxdur. İlk şərhi siz yazın.
Şərh yaz