Hədis elmi

Kişinin öz köləsinə və xidmətçisinə xərclədiyi (mal) sədəqədir


عن المقدام سمع النبي صلى الله عليه وسلم يقول ما أطعمت نفسك فهو صدقة وما أطعمت ولدك وزوجتك وخادمك فهو صدقة

Miqdam ibn Mə'di (r.a) rəvayət edir ki, mən Peyğəmbərin (s.a.s) belə dediyini eşitdim: “Özün nə yesən sənin üçün sədəqədir. Övladına, zövcənə və xidmətçinə nə yedirtsən o da (sənin üçün) sədəqədir”.
[ Səhihdir ]


عن أبى هريرة قال قال رسول الله صلى الله عليه وسلم خير الصدقة ما بقى غنى واليد العليا خير من اليد السفلى وابدأ بمن تعول تقول امرأتك أنفق علي أو طلقني ويقول مملوكك أنفق علي أو بعني ويقول ولدك إلى من تكلنا

Əbu Hureyra (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.s) dedi: “Ən xeyirli sədəqə (yaxınların) ehtiyacını ödəməkdir. Xeyir verən əl dilənən əldən daha xeyirlidir. Elə isə öz ailəndən başla! Yoldaşın deyər: “Ya (varından) mənə xərclə ya da məni boşa”. Kölən deyər: “Ya (varından) mənə xərclə ya da məni azad et”. Övladın deyər: “Bizi kimin öhdəsinə buraxırsan?”
[ Səhihdir ]


عن أبى هريرة قال أمر النبي صلى الله عليه وسلم بصدقة فقال رجل عندي دينار قال أنفقه على نفسك قال عندي آخر قال أنفقه على زوجتك قال عندي آخر قال أنفقه على خادمك ثم أنت أبصر

Əbu Hureyra (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.s) sədəqə verməyi buyurduqda bir kişi dedi: “Mənim bir dinarım var”. O buyurdu: “Onu özünə xərclə!” Kişi dedi: “Məndə biri də var”. O buyurdu: “Onu yoldaşına xərclə!” Kişi dedi: “Məndə biri də var” O buyurdu: “Onu xidmətçinə xərclə! Sonra (yenə varındısa) özün məsləhət bildiklərinə xərclə”.
[ Həsəndir ]

Oxşar məqalələr

Hədis elmi

Qohumluq əlaqələrını möhkəmləndırməyın fəzılətı

عن أبى هريرة قال اتى رجل النبي صلى الله عليه وسلم فقال يا رسول الله ان لي قرابة أصلهم ويقطعون وأحسن إليهم ويسيئون إلى ويجهلون على وأحلم عنهم قال لئن …

2 dəq. oxunuş 3 828
Hədis elmi

Mömin tənə vuran deyil

عن سالم بن عبد الله قال ما سمعت عبد الله لاعنا أحدا قط ليس إنسانا وكان سالم يقول قال عبد الله بن عمر قال رسول الله صلى الله عليه وسلم لا ينبغي للمؤمن…

3 dəq. oxunuş 4 065

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz