Hədis elmi

Kişinin öz evində gördüyü işlər


عن الأسود قال سألت عائشة رضي الله عنها ما كان يصنع النبي صلى الله عليه وسلم في أهله فقالت كان يكون في مهنة أهله فإذا حضرة الصلاة خرج

538.Əsvəd deyir ki, mən Aişədən (r.a) soruşdum: “Peyğəmbər (s.a.s) evində nə iş görərdi?” (Aişə r.a) dedi: “O, ailəsinin işlərini görər, namazın vaxtı gəldikdə isə (namaz qılmaq üçün) evdən çıxardı”.
[ Səhihdir ]

عن عروة قال سألت عائشة رضي الله عنها ما كان النبي صلى الله عليه وسلم يعمل في بيته قالت يخصف نعله ويعمل ما يعمل الرجل في بيته

539.Urva rəvayət edir ki, mən Aişədən (r.a) soruşdum: “Peyğəmbər (s.a.s) evində nə iş görərdi?” (Aişə r.a) dedi: “O, çəkməsini tikər və kişinin öz evində gördüyü işləri görərdi”.
[ Səhihdir ]


عن هشام عن أبيه قال سألت عائشة ما كان النبي صلى الله عليه وسلم يصنع في بيته قالت ما يصنع أحدكم في بيته يخصف النعل ويرقع الثوب ويخيط

540.Urva rəvayət edir ki, mən Aişədən (r.a) soruşdum: “Peyğəmbər (s.a.s) evində nə iş görərdi?” (Aişə r.a) dedi: “Sizlərdən hər birinizin öz evində etdiyini (edərdi). O, çəkməsini tikər, paltarını yamayar və tikərdi”.
[ Səhihdir ]

عن عمرة قيل لعائشة رضي الله عنها ماذا كان رسول الله صلى الله عليه وسلم يعمل في بيته قالت كان بشرا من البشر يفلى ثوبه ويحلب شاته

541.Amra rəvayət edir ki, mən Aişədən (r.a) soruşdum: “Peyğəmbər (s.a.s) evində nə iş görərdi?” (Aişə r.a) dedi: “O, bəşər övladından olan bir insan idi. Paltarını təmizləyər və qoyununu sağardı”.
[ Səhihdir ]

Oxşar məqalələr

Hədis elmi

Qohumluq əlaqələrını möhkəmləndırməyın fəzılətı

عن أبى هريرة قال اتى رجل النبي صلى الله عليه وسلم فقال يا رسول الله ان لي قرابة أصلهم ويقطعون وأحسن إليهم ويسيئون إلى ويجهلون على وأحلم عنهم قال لئن …

2 dəq. oxunuş 3 828
Hədis elmi

Mömin tənə vuran deyil

عن سالم بن عبد الله قال ما سمعت عبد الله لاعنا أحدا قط ليس إنسانا وكان سالم يقول قال عبد الله بن عمر قال رسول الله صلى الله عليه وسلم لا ينبغي للمؤمن…

3 dəq. oxunuş 4 065

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz