Hədis elmi

Kişi öz ailəsinin hamisidir


عن ابن عمر قال قال النبي صلى الله عليه وسلم كلكم راع وكلكم مسئول عن رعيته فالأمير راع وهو مسئول والرجل راع على أهله وهو مسئول والمرأة راعية على بيت زوجها وهى مسئولة ألا كلكم راع وكلكم مسئول عن رعيته

İbn Ömər (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.s) dedi: “Hər biri¬niz himayəçiniz və hər biriniz himayəsində olanlara cavabdehdir. Əmir himayəçidir və o, (rəiyyətinə) cavabdehdir. Kişi öz ailəsinin hamisidir və o, (himayəsində olanlara) cavabdehdir. Qadın öz ərinin evinə nəzarət edəndir və o, (buna) cavabdehdir. Diqqət edin! Hər biriniz himayəçiniz və hər biriniz himayəsində olanlara cavabdehdir”.
[ Səhihdir ]

عن أبى سليمان مالك بن الحويرث قال أتينا النبي صلى الله عليه وسلم ونحن شببة متقاربون فأقمنا عنده عشرين ليلة فظن أنا اشتهينا أهلينا فسألنا عن من تركنا في أهلينا فأخبرناه وكان رفيقا رحيما فقال ارجعوا إلى أهليكم فعلموهم ومروهم وصلوا كما رأيتمونى أصلى فإذا حضرت الصلاة فليؤذن لكم أحدكم وليؤمكم أكبركم

Əbu Suleyman Malik ibnul Huveyris (r.a) dedi: “Biz Peyğəmbərin (s.a.s) yanına gəldik. O vaxt biz həmyaşıd cavanlar idik. Biz iyirmi gecə onun yanında qaldıq. O görəndə ki, ailəmız üçün darıxırıq, bizdən onların yanında kimi qoyub gəldiyimizi xəbər aldı”. Biz ona bildirdik. O mülayim və rəhmli adam idi. O buyurdu: “Ailələrinizin yanına qayıdın! Onlara (haqqı) başa salın və onlara (yaxşı işlər görməyi) əmr edin. Mənim namaz qıldığımı necə gördünüzsə, elə də namaz qılın. Namaz vaxtı yetişdikdə biriniz azan versin və ən yaşlınız isə sizə namaz qıldırsın”.
[ Səhihdir ]

Oxşar məqalələr

Hədis elmi

Qohumluq əlaqələrını möhkəmləndırməyın fəzılətı

عن أبى هريرة قال اتى رجل النبي صلى الله عليه وسلم فقال يا رسول الله ان لي قرابة أصلهم ويقطعون وأحسن إليهم ويسيئون إلى ويجهلون على وأحلم عنهم قال لئن …

2 dəq. oxunuş 3 828
Hədis elmi

Mömin tənə vuran deyil

عن سالم بن عبد الله قال ما سمعت عبد الله لاعنا أحدا قط ليس إنسانا وكان سالم يقول قال عبد الله بن عمر قال رسول الله صلى الله عليه وسلم لا ينبغي للمؤمن…

3 dəq. oxunuş 4 065

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz