Hədis elmi

Kimə yaxşılıq edilmişsə, qoy onun əvəzini versin


عن جابر بن عبد الله الأنصاري قال قال النبي صلى الله عليه وسلم من صنع إليه معروف فليجزه فإن لم يجد ما يجزيه فليثن عليه فإنه إذا أثنى عليه فقد شكره وان كتمه فقد كفره ومن تحلى بما لم يعط فكأنما لبس ثوبى زور

Cabir ibn Abdullah əl-Ənsari (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.s) buyurdu: “Kimə yaxşılıq edilmişsə, qoy onun əvəzini versin. Əvəz verməyə bir şey tapa bilmirsə, qoy (yaxşılıq edən adamı) tərifləsin. Həmin adamı tərifləsə, ona təşəkkür etmiş olar, elədiyi yaxşılığı gizlətsə, ona nankorluq etmiş olar. Kim də özünə verilməyən bir şeyi geysə, sanki yalandan ibarət iki libas geymiş olar”.
[ Səhihdir ]

عن ابن عمر قال قال رسول الله صلى الله عليه وسلم من استعاذ بالله فأعيذوه ومن سأل بالله فأعطوه ومن أتى إليكم معروفا فكافئوه فان لم تجدوا فادعوا له حتى يعلم أن قد كافئتموه

İbn Ömər (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.s) buyurdu: “Kim Allahın adı ilə sığınacaq istəsə, ona sığınacaq verin. Kim Allahın adı ilə (yardım) istəsə, ona istədiyini verin. Kim sizə yaxşılıq etsə, ona əvəzini verin. Əgər (əvəzini verməyə bir şey) tapmasanız, onda onun üçün dua edin. Və elə edin ki, sizin əvəz verdiyinizi bilsin.
[ Səhihdir ]

Oxşar məqalələr

Hədis elmi

Lənət yağdıran

عن أبى الدرداء قال قال النبي صلى الله عليه وسلم إن اللعانين لا يكونون يوم القيامة شهداء ولا شفعاء Əbu Dərda (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.s) …

1 dəq. oxunuş 4 335
Hədis elmi

Ən yaxın və ən yaxın olanların qayğısına qalmaq

عن المقدام بن معدى كرب أنه سمع رسول الله صلى الله عليه وسلم يقول إن الله يوصيكم بامهاتكم ثم يوصيكم بأمهاتكم ثم يوصيكم بآبائكم ثم يوصيكم بالأقرب فالأق…

2 dəq. oxunuş 3 762

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz