Xəbərlər

Ingiltərədə "Muhəmməd" Adı

Bu xə­bə­ri oxu­yan­da bəl­kə siz də mə­nim ilk də­fə oxu­yub tə­əc­cüb­lən­di­yim ki­mi hey­rət­lə qar­şı­la­ya­caq­sı­nız. Çün­ki mən bu in­for­ma­si­ya­nı oxu­yan­da əv­vəl səhv oxu­du­ğu­mu zənn edib bir də oxu­dum. An­caq ya­nıl­ma­dı­ğı­mı üçün­cü də­fə oxu­yan­da ba­şa düş­düm. Be­lə bir xə­bər özü­nü mü­səl­man sa­yan hər kə­si ən azı se­vin­dir­mə­li və dü­şün­dür­mə­li­dir. Çün­ki bir Qərb öl­kə­sin­də, həm də əha­li­si­nin ək­sə­riy­yə­ti­nin baş­qa di­nin mən­sub­lap­rın­dan iba­rət ol­du­ğu bir so­yuq döv­lət­də be­lə hə­qi­qə­ti on­la­rın öz qə­ləm əh­li­nin bil­dir­mə­si çox əhə­miy­yət­li mə­sə­lə­dir. Bə­li, Pey­ğəm­bə­ri­miz Hz.Mu­həm­məd (s.ə.v.) tək­cə İs­lam öl­kə­lə­rin­də de­yil, ar­tıq Av­ro­pa­nın ən mü­hüm böl­gə­lə­ri­nin bi­rin­də də ta­nı­nır. Hə­min öl­kə­də "Mu­həm­məd" adı ən məş­hur ad­lar­la ya­na­şı hal­lan­dı­rı­lır. "Da­ily Ma­il" qə­ze­tin­də­ki bu xə­bər İn­gil­tə­rə­nin Mil­li Sta­tis­ti­ka İda­rə­si­nin sta­tis­tik mə­lu­mat­la­rı­na əsas­la­nır. Ha­zır­da "Mu­həm­məd" adı öl­kə­nin ən məş­hur oğ­lan ad­la­rı ara­sın­da al­tın­cı cər­gə­yə yük­sə­lib. Ke­çən il­ki sor­ğu­nun nə­ti­cə­lə­rin­də isə ey­ni ad 20-ci cər­gə­də özü­nə yer ta­pa bil­miş­di. "Da­ily Ma­il" qə­ze­ti bu adın da­ha çox qo­yul­ma­sı­nı "Mu­həm­məd era­sı" sər­löv­hə­si ilə oxu­cu­la­rı­na çat­dı­rıb.


Pey­ğəm­bə­ri­mi­zin "Mu­həm­məd" adı bu öl­kə­də müx­tə­lif şə­kil­lər­də ya­zı­lır. Da­ha də­qi­qi de­sək, bu adın qeyd edi­lən öl­kə­də 13 cür ya­zı­lış for­ma­sı var. An­caq Pey­ğəm­bə­ri­mi­zin adı­nın "Mu­ham­mad" tər­zin­də­ki ya­zı­lı­şı si­ya­hı­da 54-cü yer­də ol­du­ğu hal­da, "Mo­ham­mad" tər­zin­də­ki ya­zı­lı­şı isə 72-ci cər­gə­də öz ye­ri­ni tu­tub. Ya­zı­lış­la­rı və hərf­lə­ri hər nə qə­dər fərq­li ol­sa da mə­na­sı ey­ni­dir: "tə­ri­fə və təq­di­rə la­yiq", "Al­lah tə­rə­fin­dən tə­rif­lən­miş", "tə­ri­fə la­yiq bü­tün xü­su­siy­yət­lə­ri və əx­la­qı özün­də gəz­di­rən"...


Adı çə­ki­lən mət­bu or­qan "Mu­həm­məd adı gü­vən­li ad­dım­lar­la si­ya­hı­nın ön cər­gə­si­nə tə­rəf irə­li­lə­yir" de­yə­rək bu adın son­ra­kı il­lər­də ilk yer­də ola­ca­ğı­nı da işa­rə edir.


"Mu­həm­məd" adın­dan əv­vəl­də isə İn­gil­tə­rə­də ən çox iş­lə­di­lən Jask (Cek), Jos­hua (Co­şu­a), Tho­mas (To­ma­sı), Ja­mes (Ceyms) və Da­ni­el (Den­yel) ad­la­rı gə­lir.


Bir də mə­sə­lə­yə öz tə­rə­fi­miz­dən ba­xaq. Bi­zim ki­mi əha­li­si­nin ək­sə­riy­yə­ti­ni mü­səl­man­lar təş­kil edən bir öl­kə­də Əli, Hə­sən, Hü­seyn, Ab­dul­lah, Mə­həm­məd ki­mi ad­lar­dan son­ra al­tın­cı yer­də Cek adı­nın gəl­mə­si­ni tə­səv­vür edin... An­caq İn­gil­tə­rə­də bu hə­qi­qət­dir...


Xris­ti­an mə­də­niy­yə­ti­nin əsas ol­du­ğu öl­kə­lə­rin­dən bi­ri olan İn­gil­tə­rə­də "Mu­həm­məd" adı­nın qa­baq yer­lə­ri tut­ma­sı vaxt öt­dük­cə İs­lam nu­ru­nun hə­min yer­lər­də ge­niş ya­yıl­dı­ğı­nı, Mu­həm­mə­din Al­lah­dan gə­ti­rib bə­şə­riy­yə­tə təq­dim et­di­yi me­sa­ja gü­və­nən ina­nan­la­rın sa­yı­nın ço­xal­dı­ğı­nı, təd­qi­qa­ta əsas­la­nan araş­dır­ma­la­rın nə­ti­cə­sin­də Pey­ğəm­bər sev­gi­si­nin Qər­bi də öz ağu­şu­na al­dı­ğı­nı gös­tə­rir. Çün­ki ad­lar mə­na­la­rı və ad­lan­dı­rı­lan şəxs­lər­lə bir­lik­də olur. Hə­min adı gəz­di­rə­cək xü­su­siy­yət­də adam yox­dur­sa, hə­min adın mə­na­sı da ol­maz. Pey­ğəm­bə­ri­mi­zin ad­la­rı tək­cə "Mu­həm­məd" de­yil. "Mu­həm­məd"dən baş­qa ən çox bi­li­nən "Əh­məd, Mus­ta­fa və Mah­mud" ad­la­rı da sta­tis­tik sor­ğu­ya da­xil edil­miş ol­say­dı, İn­gil­tə­rə­də Pey­ğəm­bə­ri­mi­zin ad­la­rı bəl­kə də ilk 6 ad­dan da­ha da qa­ba­ğa ge­dər­di.


Mə­lu­mu­nuz ol­du­ğu ki­mi Pey­ğəm­bə­ri­mi­zin ən çox bi­li­nən və ta­nı­nan adı Mu­həm­məd­dir. Qu­ra­nın 6236 ayə­sin­dən cə­mi-cüm­lə­ta­nı 4 yer­də "Mu­həm­məd" və bir yer­də "Əh­məd" adı qeyd edi­lir. Həm­çi­nin Qu­ra­nın 114 su­rə­sin­dən bi­ri də bu gö­zəl ad­la ad­lan­dı­rı­lır: "Mu­həm­məd" su­rə­si. Bə­li, bu ad İs­la­mın əsas­la­rın­dan bi­ri olan na­ma­za də­vət şüa­rı olan azan­da hər gün beş də­fə çə­ki­lir. Dün­ya­da mü­səl­man­lar ara­sın­da "Al­lah" sö­zün­dən son­ra ən çox tək­rar edi­lən və çə­ki­lən ad da "Mu­həm­məd"dir.


El­şad Mi­ri

Oxşar məqalələr

Xəbərlər

Hədis elmi

Hədis kəlməsi В«yeniВ» mənasında işlənildiyi kimi, söz, xəbər mənalarında da işlənir. Bu kəlmədən törəyən bəzi fellər isə xəbər vermək, nəql etmək ki…

8 dəq. oxunuş 25
Xəbərlər

10 haqq

ШЁШіЩ… Ш§Щ„Щ„Щ‡ Ш§Щ„Ш±Ш­Щ…Щ† Ш§Щ„Ш±Ш­ЩЉЩ… Şükr və təВ»rif Allaha məxsusdur. Biz ona şükr edir, Onu təВ»rif edirik, Onu köməyə çağırırıq, Ondan bağışВ…

27 dəq. oxunuş 31
Xəbərlər

Valideynlərə münasibət

ШЁШіЩ… Ш§Щ„Щ„Щ‡ Ш§Щ„Ш±Ш­Щ…Щ† Ш§Щ„Ш±Ш­ЩЉЩ… MÜQƏDDİMƏ Şükr və təВ»rif Allaha məxsusdur. Biz Ona şükr edir, Onu təВ»rif edirik, Onu köməyə çağırırıq, On…

19 dəq. oxunuş 16

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz