Əqidə

Infaq - sədəqə

179. İnfaq [1] edin. Quran, iman və namazdan sonra üçüncü yerdə infaqı qeyd edir. Allah insanları malları və canları ilə sınayır. Mal imtahanını verə bilməyənlərin canları ilə imtahan olunmağa haqları çatmır. Eynilə Qabil kimi. O, mal imtahanını verə bilmədi və uduzdu. Habil isə mal imtahanını verən kimi can imtahanına girdi və onu da layiqi ilə verərək "şəhadətnamə"sini aldı.

180. İnfaq Quranda Allah üçün verməyin ümumi adıdır. İnfaqın fərz olanına zəkat, nafilə olanına sədəqə deyilir.

181. Verə bildiyin şey sənindir. Çünki insan ancaq sahibi olduğu şeyi verə bilər. Əgər verə bilmirsənsə sən malın deyil, mal sənin sahibindir. İslamın hakim olduğu cəmiyyətdə möminlər 1/40 zəkat verməklə kifayətlənə bilərlər. Ancaq İslamın məhkum olduğu cəmiyyətlərdə zəngin bir Müsəlman sadəcə 1/40 zəkatını verməklə kifayətlənməməlidir. Səhabələr öz aralarında malın 1/40 zəkatatına "Zəkatul-Baxil: xəsisin zəkatı" deyərmişlər. İslamın bütün yükünü möminlərin yükləndiyi belə çətin anlarda möminlər içərisindən Əsri-Səadət insanı kimi beşdə bir, hətta Ka'b b. Malik və digər bəzi səhabələr kimi malının ikidə birini verənlər çoxalmalıdır.

182. İnfaq edincə azalacağını zənn etməyin. Allah üçün verdiyini idrak edən, Allahın bunun müqabilində ona qat-qat artığını verəcəyini də bilir.

183. Quran infaqdan o qədər danışılır ki, "vəhy insana Allah yolunda verməyi öyrətmək üçün gəlmişdir" deyilsə, yeridir. İnfaq, insanın öz qazancına Allahı şərik etməsidir. Gəliri artırmağın ən təminatlı və ağıllı yolu Allah yolunda xərcləməkdir. Allah yolunda xərcləmək, azaltmaq deyil çoxaltmaqdır; sınaya bilərsiniz.

184. Bolluqda da verin, darlıqda da. Hətta, işini bilənlər, daha çox möhtac olduqları zaman infaq edərlər. Vermək üçün zəngin olmağı gözləyənlər deməli heç vaxt verə bilməyəcəklər. Darlıq əsnasında verə bilməyənlər zənginlikdə heç vaxt infaq edə bilməzlər. Həm də, zəkat verməyin malı çoxaltdığına iman edənlər özlərinin ən möhtac olduqları zamanda infaq edərlər. Bilər və inanarlar ki, verdikləri onlara qat-qat geri qaytarılacaqdır.

[1]Tükətmək, sədəqə. İkisindən birini vermək sədəqədir. Bir dənə olduğu halda, onu vermək infaqdır. İnfaqın başqa bir tərifi: Sevdiyini sevdiyi üçün sevə-sevə verə bilməkdir. Ona verilən ruzini başqası ilə paylaşmaqdır.

Azerislam.com

Oxşar məqalələr

Əqidə

Nurlu dəstə

Düşün bir kərə! Cənnətə girdiyinə artıq əminsən. Cənnətin qapısının sənin və səninlə bərabər digər Allah dostları üçün açıldığını bilirsən. Ətrafının…

2 dəq. oxunuş 8 203
Əqidə

Ömər ibnu'l xəttab dönəmi: fəthlər

İsami fəthlər Hz. Əbu Bəkir vəfat etdiyi zaman İslam orduları iki cəbhədə cihad edirdilər: bu cəbhələrdən biri İran, digəri də Bizans cəbhəsi idi. Fə…

11 dəq. oxunuş 2 158
Əqidə

Ölümsüzlük yurduna ilk addım

Artıq bu, əzab və ölümdən qurtulduğuna əmin olaraq ölümsüzlük torpağına atdığın ilk addımdır. Sən müşk torpağın üzərində və zəfəran bağçası içərisind…

2 dəq. oxunuş

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz