Sual-Cavab

Imsaqdan ve subh namazindan sonra yatib tekrar menden meni xaric olmasi ile yuxudan…

Sual: Salam.Imsaqdan ve subh namazindan sonra yatib tekrar menden meni xaric olmasi ile yuxudan durdum.Orucum batil oldumu? Qusl etmeliyemmi? Axi bashi suya vurmaq olmaz.Xahish edirem komek edin

Cavab:

Və aleykumus-sələm.

Oruc tutan şəxs gündüz vaxtı yatıb yuxudan oyandıqdan sonra pollyusiya halında olduğunu görsə (yəni, ondan məni gəldiyini görsə) orucuna davam etməlidir. Həmin şəxsin orucu batil olmur. Çünki, onda olan bu hal yuxuda baş vermişdir. Peyğəmbər (səllallahu aleyhi və səlləm) demişdir: “Üç şəxsin üzərindən qələm qaldırılıb (onlara günah yazılmır): Həddi buluğa çatmamış uşaq, ruhi xəstə və yuxuda olan şəxs...” (Bu hədisi Əbu Davud rəvayət etmişdir).

Bu şəxs oyandıqdan sonra qüsul etməlidir.

Oruclu olan şəxs istənilən vaxtda çimə bilər. Çimmək və ay başa su tökmək orucu pozmur. Çünki, Peyğəmbər (səllallahu aleyhi və səlləm) oruclu ola-ola çimərdi.

417. mehdi ()

Oxşar məqalələr

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz