Ramazan ayı

Iman ən böyük imkandır

Iman ən böyük imkandır

“İmkansız”mı dedin?
Bu mümkünmü dostum? Heç bu sənə yaraşarmı?
Niyə Allah yoxmuş kimi danışırsan? Allah yoxmuş kimi danışmağın günah olduğunu bilmirsənmi?
Yoxsa sən başladığın işlərə Bismillahsız başlayırsan?

Bismillah demək, “Mən bu işi Allah sayəsində edirəm” deməkdir.
Bismillah demək, “Mən bu işi Allaha həvalə edirəm” deməkdir.
Bismillah demək, “Allahdan yardım istəyirəm” deməkdir.
Bismillah demək, “Mən bu işi Allaha həvalə edirəm” deməkdir.
İmkan dediyin nədir ki, dostum?

Əgər imkanı olanlar daha çox infaq [1] etsəydilər Allah yolunda daha çox xərcləyənlər daha da zəngin olardılar. Ətrafına bax, bunun heç də belə olmadığını görəcəksən. Bir də ki, insan olmaq özü bir imkandır. Ağıl qiymətsiz bir imkandır. Səhhət bir imkandır. İman min imkandır.

Bundan başqa, Allah sonsuz imkandır. Quran imkandır. Bütün bu imkanlardan nə qədər istifadə etdin? Məsələn, heç Allahı bir imkan olaraq gördünmü?
Uşaqlarının gələcəyini, ailənin gələcəyini, yaşadığın torpaqların gələcəyini, aid olduğun mədəniyyətin gələcəyini düşünərkən Allahı düşündünmü? Yəni bütün bunları düşünərkən Allahı da nəzərə aldınmı?
Hicrətə niyyət etdinsə Sərvin ətəyində dolaşma, zirvəsinə çıx. Zirvəsinə, yəni “bitdim” nöqtəsinə, “Mən bitdim, Sən yardım et ya Rəbbi!” nöqtəsinə...
Əgər Məkkənin haqqını verib, bütün imkanlarını bitirdinsə, yeni imkanlar əldə etmək üçün Mədinənin yollarına düş. Düşmənlərin çox ola bilər. Qorxma! Dostun böyük, ən böyükdür. Fəqət bu Ən Böyük Dostun yardımı qulun gücünün bitdiyi yerdə gəlir. O yer Sərvin zirvəsidir.
Haydı, çıx bu zirvəyə. Yüksəyə, daha yüksəyə, ən zirvəyə.
Sərvin zirvəsində nə var?
Allahın vəd etdiyi yardım.
Allahın vəd etdiyi yardım niyə oradadır?
Çünki ora qulun gücünün bitdiyi yerdir. İlahi yardım qulun “Mən bitdim ya Rəbbi!” dediyi yerdə yetişir. Bu Sünnətullahdır, Allahın dəyişməyən adətidir. Ağıllı olmaq Allahın sünnəti mənə uysun deyə gözləmək deyil, Allahın sünnətinə uymaqdır. Onun müazzam işlərinin sirrini tapıb, lazım olanı etməkdir.
Lap yaxşı, bəs bunu necə etmək lazımdır?
Çox asan dostum, çox asan. Bu formulu unutma: Səndən əvvəlkilər nə ilə səadətə qovuşdularsa sən də eyni şeylə səadətə qovuşacaqsan. Dövran dəyişir, zaman dəyişir, məkan dəyişir, imkan dəyişir, alət dəyişir. Fəqət “adət” dəyişməz, əsas zəiflikləri və məziyyətləri ilə insan dəyişməz.
İnsan tutmalı dostum, insanı tutmalı. Heç olmasa azarkeşlər qədər həyəcan və eşqlə. Heç olmasa zər atanlar qədər ümid və şövqlə. Heç olmasa boğazına qədər günaha batanlar qədər cəsarət və cürətlə.

İnsanı tutmalı və islah etməli. Məhv olmuş insanı inşa etməli. Buna görə də onun qəlbinə gedən qapını tapıb döyməli. Açılmırsa belə o qapıdan ayrılmamalı, bəlkə açılar deyə günlərlə, həftələrlə, hətta aylarla gözləməli. Kəbənin qapısında gözləyərcəsinə gözləməli. Əgər açılarsa Kəbəyə girərcəsinə girməli; həyəcan zirvədə, eşq ən pik nöqtədə.
Qəlbə, qəlblərə gedən yolun xəritəsi və kompasının yerinə vəhyi götürməli, Quranı götürməli. Sətirlərdəki ayələrlə sadrdakıları [2], toxumla torpağı, ətlə dırnağı, ana ilə övladı, bülbüllə gülü qovuşdurmuş kimi qovuşdurmalı. İş budur, fəaliyyət budur, yol budur.
Oruc tut dostum, özünü tutmuş olarsan. Çünki oruc tutmaq özünü tutmaqdır.
Ömrünü Ramazan et dostum. Ömrü Ramazan olanın axirəti bayram olar.

[1]Ər. Tükətmək, sədəqə. İkisindən birini vermək sədəqədir. Bir dənə olduğu halda, onu vermək infaqdır.
[2] Ər. Qəlb

Hazırladı: Əlif / Azerislam.com

Oxşar məqalələr

Ramazan ayı

Ramazan ayının fəziləti

Ramazan ayı ayların ən fəzilətlisidir. Quranın dünyaya nazil olması bu ayda başlayıb. Bu ay Allaha itaət və ibadət, yaxşılıq və ehsan, məğfirət və rə…

29 dəq. oxunuş 12
Ramazan ayı

Ramazan və böyük planlar

Mərhəmətli və Rəhmli Allahın adı ilə! Əziz və hörmətli müsəlman qardaşlarımız və bacılarımız! Çoxlarımız mübarək Ramazan ayının gəlişini səbirsizlikl…

4 dəq. oxunuş 12 583

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz