İlk öncə hər birinizi müqəddəs Ramazan ayinin girməsi münasibətilə təbrik edir, onun hamı…
Sual: İlk öncə hər birinizi müqəddəs Ramazan ayinin girməsi münasibətilə təbrik edir, onun hamı üçün xeyirli olmasını diləyirəm. Mənim bir neçə sualım var. 1. Qafqaz Müsəlmanları İdarəsi bu ilin Ramazan ayında səhur və iftar vaxtları ilə bağlı "Pirqulu" rəsədxanasının hesablamalarını əsas götürərək fitva verib. Həmin fitvada əks olunan vaxtlar sizin saytda qoyulmuş təqvimdən təxminən 15-20 dəqiqə fərqlənir. Bunu izah etmənizi və bizim hansı təqvimi əsas götürmək barədə məsləhət vermənizi xahiş edərdim
Cavab:
1) Bu təqvimlər arasında elə bir ciddi fərq olmadığından siz ixtiyari bir təqvimi götürüb onunla orucunuzu tuta bilərsiniz. Çünki bütün təqvimlər təxmini olaraq verilir. Lakin biz öz yazdığımız təqvimə cavabdehik.
2) əgər siz Ramazan ayında verilən fitrə zəkatını nəzərdə tutursunuzsa onda bu zəkatı pulla vermək olmaz. Fitrə zəkatı un, xurma, kişmiş, düyü, buğda və başqa bu kimi ərzaq məhsullarından verilir. Bu zəkatın miqdarı adam başına üç kiloqramdır. Fitrə zəkatı kasıblara verilir.
Əgər siz varlılar üçün vacib olan zəkatı nəzərdə tutursunuzsa, onda bu zəkatı (əgər zəkatını verəcəyiniz mal qızıl, gümüş və ya ticarət malıdırsa) pulla vermək olar. Belə ki, sizin qızılınızın miqdarı 85 qrama çatdıqdan sonra bunun üzərindən bir il keçərsə və bu il müddətində qızılınızın miqdarı 85 qramdan aşağı düşməzsə ilin tamamında əlinizdə olan qızılın qırxda birini (yəni 2,5 faizini) zəkat verməlisiniz. Həmçinin sizin pulunuzun miqdarı 85 qram qızıl ekvivalentinə çatdısa bunu da hökmü yuxarıda qeyd etdiyimiz kimidir. Bu zəkat aşağıdakı səkkiz sinif insanlara verilir: Uca Allah buyurur: “Sədəqələr (zəkatlar) Allah tərəfindən müəyyən edilmiş bir fərz (vacib əməl) olaraq ancaq yoxsullara, (ehtiyacı olan, lakin utandığından əl açıb dilənməyən) miskinlərə, zəkatı yığıb-paylayanlara, ürəkləri (müsəlmanlığa) isinişib bağlanmaqda olanlara (iman gətirib hələ kamil mömin olmayanlara), azad ediləcək kölələrə (və ya boynuna kəffarə düşüb verə bilməyənlərə), həmçinin (borcunu ödəməyə imkanı olmayan) borclulara, Allah yolunda cihad edənlərə və yolçulara (pulu qurtardığı üçün yolda qalan, vətənə qayıda bilməyən müsafirlərə) məxsusdur. Allah (hər şeyi) biləndir və hikmət sahibidir.” (ət-Tövbə surəsi 60-cı ayə).
3) Bəli, Ramazan ayında təravih namazı tək qılına bilər. Bu namaz tək qılındıqda da 11 rükətdən ibarətdir.
4) Bəli Qədr gecəsini evdə ibadətlə keçirmək olar. Bu zaman Quran (Azərbaycan dilində) və ya başqa elmi xarakterli dini kitablar oxumaq olar.
10. Oxucu (Bakı)
Şərhlər
Hələ şərh yoxdur. İlk şərhi siz yazın.
Şərh yaz