Hədis elmi

Iki,yaxud bir qız uşağına baxan kimsə


عن عقبة بن عامر قال سمعت رسول الله صلى الله عليه وسلم يقول من كان له ثلاث بنات وصبر عليهن وكساهن من جدته كن له حجابا من النار

76. Uqbə ibn Amir (r.a) rəvayət edir ki, mən Peyğəmbərin (s.a.s) belə dediyini eşitdim: “Kimin üç qızı olsa, səbir edib onları böyütsə və malından onlara xərcləsə, o qızlar onu Oddan qoruyan bir sipər olar”.
[ Səhihdir ]

عن ابن عباس عن النبي صلى الله عليه وسلم قال ما من مسلم تدركه ابنتان فيحسن صحبتهما إلا أدخلتاه الجنة"

77. İbn Abbas (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.s) dedi: “Elə bir müsəlman yoxdur ki, onun iki qızı olsun, onlara yaxşı baxsın və qızlar da onu Cənnətə salmasın”.
[ Həsən li-ğeyrihi ]

عن جابر بن عبد الله حدثهم قال قال رسول الله صلى الله عليه وسلم من كان له ثلاث بنات يؤويهن ويكفيهن ويرحمهن فقد وجبت له الجنة البتة فقال رجل من بعض القوم وثنتين يا رسول الله قال وثنتين

78. Cabir ibn Abdullah (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.s) dedi: “Kimin üç qızı olsa, onlara qayğı göstərsə, onlara yaxşı baxsa və onlara rəhm etsə, Cənnətə daxil olmaq mütləq ona vacib olar”. Başqa tayfadan olan bir kişi dedi: “Ey Allahın elçisi! İki qızı olana da?” O dedi: “İki qızı olana da!”
[ Həsəndir ]

Oxşar məqalələr

Hədis elmi

Qohumluq əlaqələrını möhkəmləndırməyın fəzılətı

عن أبى هريرة قال اتى رجل النبي صلى الله عليه وسلم فقال يا رسول الله ان لي قرابة أصلهم ويقطعون وأحسن إليهم ويسيئون إلى ويجهلون على وأحلم عنهم قال لئن …

2 dəq. oxunuş 3 828
Hədis elmi

Mömin tənə vuran deyil

عن سالم بن عبد الله قال ما سمعت عبد الله لاعنا أحدا قط ليس إنسانا وكان سالم يقول قال عبد الله بن عمر قال رسول الله صلى الله عليه وسلم لا ينبغي للمؤمن…

3 dəq. oxunuş 4 065

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz