Əqidə

Iki böyük hadisə

Ey Adəmoğlu, təsəvvür et ki o anda sən həqiqətən iki böyük hadisə ilə qarşı-qarşıyasan: Ya Allah səni rəhmətiylə qarşılayacaq, rəhmi və kərəmiylə ehsan edəcək, ya da səni ən kiçik əməllərinədək hesaba çəkəcək və Cəhənnəmə aparılmağını əmr edəcəkdir. Nə ağır dönüş yeridir ora!
Mücahidin belə dediyi rəvayət edilmişdir:″Qul Qiyamət günü bu dörd şeydən sorğuya çəkilmədikcə Allahın hüzurundan kənara bir addım da ata bilməz: Ömrünü hara sərf etdiyindən, elmi ilə nə əməllər etdiyindən, bədənini hara sərf etdiyindən, malını haradan qazanıb, haraya sərf etdiyindən.″

Allahın sənə olan lütfünə qarşı sənin Ona müxalif olmağını, Ona qarşı həyasızlığını təkrar-təkrar ifadə edərkən öz halını düşünə bilirsən mi? Bu nə böyük tablaşmadır! O nə Uca sorğu-sual edəndir! Heç bir şey Ona gizli qalmaz. Dünyadaykən etdiyin ən gizlin, ən sirli əməllərin belə Ona agah olar. Ona olan itaətindəki ehmal və Ona qarşı üsyanın üzündən qəlbini dolduran üzüntü, kədər və həsrət nə böyükdür!
Sənin qəmin, kədərin və həyan ən son nöqtəyə çatanda iki haldan biri gerçəkləşər:
Ya qəzəb…
Ya da xoşluq və məhəbbət!..

Allah deyəcək ki:″ Ey qulum! Mən bunları dünyada sənin üçün örtdüm. Bu gün də onları sənin üçün bağışlayıram. Böyük olan günahlarını və çox olan xətalarını əhv etdim. Az olan yaxşılıqlarını da qəbul etdim.″ Bunları eşidərkən könlünü sevinc və nəşə bürüyər. Üzün par-par parıldayar. Sevincdən gözlərinin içi gülər. Bu sözləri eşitdiyin zaman özünü bir düşün!

Azerislam.com

Oxşar məqalələr

Əqidə

Nurlu dəstə

Düşün bir kərə! Cənnətə girdiyinə artıq əminsən. Cənnətin qapısının sənin və səninlə bərabər digər Allah dostları üçün açıldığını bilirsən. Ətrafının…

2 dəq. oxunuş 8 204
Əqidə

Ömər ibnu'l xəttab dönəmi: fəthlər

İsami fəthlər Hz. Əbu Bəkir vəfat etdiyi zaman İslam orduları iki cəbhədə cihad edirdilər: bu cəbhələrdən biri İran, digəri də Bizans cəbhəsi idi. Fə…

11 dəq. oxunuş 2 159
Əqidə

Ölümsüzlük yurduna ilk addım

Artıq bu, əzab və ölümdən qurtulduğuna əmin olaraq ölümsüzlük torpağına atdığın ilk addımdır. Sən müşk torpağın üzərində və zəfəran bağçası içərisind…

2 dəq. oxunuş

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz