İftarın vaxtını bilərəkdən keçirib, gec iftar açmaq olarmı?
Sual: İftarın vaxtını bilərəkdən keçirib, gec iftar açmaq olarmı?
Cavab:
İftarı gün batdıqdan dərhal sonra etmək daha əfzəldir. Çünki Peyğəmbər səllallahu aleyhi və səlləm hədislərin birində iftarını ilk vaxtlarda açan bəndəni belə müjdələmişdir: “İnsanlar iftarı əvvəl vaxtında, səhuru isə axır vaxtında yeməklə xeyrə nail olarlar.” İftarın vaxtını bilərəkdən keçirib gec açmaq Peyğəmbərin səllallahu aleyhi və səlləm sünnəsinə müxalifdir. Ona görə də bu əməldən çəkinsən daha yaxşı olar.
46. Xanim Ceferova (Baki)
Şərhlər
Hələ şərh yoxdur. İlk şərhi siz yazın.
Şərh yaz