Sual-Cavab

Hicab ortmekde vacibdi?

Sual: hicab ortmekde vacibdi? cox sagolun, Allah razi olsun,Ramazan bayraminizi tebrik edirem,essalamun aleykum ve rahmatullah ve barakatuh

Cavab:

Və aleykumus-sələm.

1. Quran oxuyan zaman dəstəmazlı olmaq müstəhəbdir.

2. Qadınlar əl və üz istisna olmaqla bütün bədənlərini örtməlidirlər. Yəni əl və üzdən başqa bədəninin heç bir hissəsini ona naməhrəm olan insanlara göstərməməlidirlər. Odur ki, başlarını da örtməlidirlər. Əgər bunu etməsələr uca Allaha asi olaraq günah etmiş olarlar. Çünki uca Allah üz və əldən başqa bədənin bütün hissəsini örtməyi əmr etmişdir. Uca Allah buyurur: “Mömin qadınlara de ki, gözlərini haram buyurulmuş şeylərdən çevirsinlər (naməhrəmə baxmasınlar), ayıb yerlərini (zinadan) qorusunlar (və ya örtülü saxlasınlar); öz-özlüyündə görünən (əl, üz) istisna olmaqla, zinətlərini (zinət yerləri olan boyun, boğaz, qol, ayaq və s. naməhrəmə) göstərməsinlər; baş örtüklərini yaxalarının üstünə çəksinlər (boyunları və sinələri görünməsin);..” (ən-Nur surəsi 31-ci ayə).

Başqa bir ayədə isə belə buyurur: “Ya Peyğəmbər! Zövcələrinə, qızlarına və möminlərin övrətlərinə de ki, (evdən çıxdıqda cariyələrə oxşamasınlar deyə, bədənlərini başdan-ayağa gizlədən) örtüklərini örtsünlər. Bu onların tanınması (cariyə deyil, azad qadın olduqlarının bilinməsi) və onlara əziyyət verilməməsi üçün daha münasibdir. Allah bağışlayandır, rəhm edəndir!” (əl-Əhzab surəsi 59-cu ayə).

Allah bizi haqqı eşidib ona əməl edənlərdən etsin! Amin!!!

482. SHIRIN ()

Oxşar məqalələr

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz