Hədis elmi

Həqiqətən, qoyun bərəkətdir


عن حميد بن مالك بن خثيم أنه قال كنت جالسا مع أبى هريرة بأرضه بالعقيق فأتاه قوم من أهل المدينة على دواب فنزلوا قال حميد فقال أبو هريرة اذهب إلى أمى وقل لها ان ابنك يقرئك السلام ويقول أطعمينا شيئا قال فوضعت ثلاثة أقراص من شعير وشيئا من زيت وملح في صحفة فوضعتها على رأسي فحملتها إليهم فلما وضعته بين أيديهم كبر أبو هريرة وقال الحمد لله الذي أشبعنا من الخبز بعد أن لم يكن طعامنا إلا الأسودان التمر و الماء فلم يصب القوم من الطعام شيئا فلما انصرفوا قال يا بن أخى أحسن إلى غنمك وامسح الرغام عنها وأطب مراحها وصل في ناحيتها فإنها من دواب الجنة والذي نفسي بيده ليوشك أن يأتى على الناس زمان تكون الثلة من الغنم أحب إلى صاحبها من دار مروان

572.Humeyd ibn Malik ibn Xuseym rəvayət edir ki, mən Əbu Hureyra ilə birgə onun Əqiqdə olan ərazisində oturmuşduq. Mədinə sakinlərindən bir dəstə adam öz heyvanlarına minib onun yanına gəldi. (Onun yanına çatdıqda) yerə endilər. Əbu Hureyra (r.a) mənə dedi: “Get anama de ki, oğlun sənə salam söyləyir. Qoy yeməyə bizə bir şey versin”. Anası siniyə arpadan bişirilmiş üç çörək, bir az zeytun yağı və bir az da duz qoydu. Mən onu başıma qoyub onların yanına apardım. Mən sinini onların qarşısına qoyduqda Əbu Hureyra (r.a) təkbir söyləyib dedi: “İki siyahdan, – xurma və sudan – başqa bir yeməyimiz yox ikən çörəklə bizi doyduran Allaha həmd olsun!” Artıq yeməkdən camaata heç nə qalmadı. Onlar çıxıb getdikdən sonra (Əbu Hureyra (r.a) mənə) dedi: “Ey qardaşım oğlu! Qoyunlarına yaxşı bax, onların toz-torpağını sil, tövlələrini səliqə-sahmana sal və onların bir tərəfində namaz qıl. Çünki onlar Cənnət heyvanlarındandır. Canım Əlində Olana and olsun ki, insanlara elə bir zaman gələcək ki, (o zaman) bir dəstə qoyun onların sahibinə Mərvanın evindən daha sevimli olacaq”.
[ İsnadı səhihdir ]

عن على رضي الله عنه أن النبي صلى الله عليه وسلم قال الشاة في البيت بركة والشاتان بركتان والثلاث بركات

573.Əli (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.s) dedi: “Evdəki bir qoyun bərəkətdir. İki qoyun iki bərəkətdir və üç qoyun bərəkətlərdir”.
[ Çox zəifdir ]

Oxşar məqalələr

Hədis elmi

Qohumluq əlaqələrını möhkəmləndırməyın fəzılətı

عن أبى هريرة قال اتى رجل النبي صلى الله عليه وسلم فقال يا رسول الله ان لي قرابة أصلهم ويقطعون وأحسن إليهم ويسيئون إلى ويجهلون على وأحلم عنهم قال لئن …

2 dəq. oxunuş 3 853
Hədis elmi

Mömin tənə vuran deyil

عن سالم بن عبد الله قال ما سمعت عبد الله لاعنا أحدا قط ليس إنسانا وكان سالم يقول قال عبد الله بن عمر قال رسول الله صلى الله عليه وسلم لا ينبغي للمؤمن…

3 dəq. oxunuş 4 086

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz