Hədis elmi

(həm atası, həm də anası ölmüş) yetimə baxan kimsənin fəziləti


عن أم سعيد بنت مرة الفهري عن أبيها عن النبي صلى الله عليه وسلم أنا وكافل اليتيم في الجنة كهاتين أو كهذه من هذه شك سفيان في الوسطى ملكا تلي الإبهام"

133. Ummu Səid bint Murra əl-Fihri atasından (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.s) dedi: “Mən və yetimin hamisi Cənnətdə bu iki barmaq kimi və ya bunların nisbətinə bənzər olacağıq”. Süfyan ibn Uyeynə orta barmağıyla işarə barmağını birləşdirdi.
[ Səhihdir ]

134- عن الحسن أن يتيما كان يحضر طعام بن عمر فدعا بطعام ذات يوم فطلب يتيمه فلم يجده فجاء بعد ما فرغ بن عمر فدعا له بن عمر بطعام لم يكن عندهم فجاء بسويق وعسل فقال دونك هذا فوالله ما غبنت يقول الحسن وابن عمر والله ما غبن"

134. Həsən deyir ki, bir yetim oğlan ibn Ömərlə (r.a) birgə yemək yeyərdi. Bir gün ibn Ömər (r.a) yemək gətizdirib yetimi də çağırtdı, amma onu tapmadı. O, ibn Ömər (r.a) yeməyi yeyib qurtardıqdan sonra gəldi. İbn Ömər (r.a) onun üçün yemək gətirməyi buyurdu. Lakin onlarda yemək qalmamışdı. İbn Ömər (r.a) ona sıyıq və bal verib dedi: “Bu sənin üçün azdır. Amma Allaha and olsun ki, səni aldatmayıblar”. Həsən dedi: “Allaha and olsun ki, ibn Ömər (r.a) də aldanmadı”.
[ İsnadı zəifdir ]

سهل بن سعد عن النبي صلى الله عليه وسلم قال أنا وكافل اليتيم في الجنة هكذا وقال بإصبعيه السبابة والوسطى

135. Səhl ibn Sə'd (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.s) orta barmağıyla işarə barmağını birləşdirib dedi: “Mən və yetimin hamisi Cənnətdə bu cür olacağıq”.
[ Səhihdir ]

حدثنا أبو بكر بن حفص أن عبد الله كان لا يأكل طعاما إلا وعلى خوانه يتيم

136. Əbu Bəkr ibn Həfs deyir ki, Abdullah (ibn Ömər r.a) yemək yedikdə həmişə süfrəsinin arxasında yetim olardı.
[ İsnadı səhihdir ]

Oxşar məqalələr

Hədis elmi

Qohumluq əlaqələrını möhkəmləndırməyın fəzılətı

عن أبى هريرة قال اتى رجل النبي صلى الله عليه وسلم فقال يا رسول الله ان لي قرابة أصلهم ويقطعون وأحسن إليهم ويسيئون إلى ويجهلون على وأحلم عنهم قال لئن …

2 dəq. oxunuş 3 850
Hədis elmi

Mömin tənə vuran deyil

عن سالم بن عبد الله قال ما سمعت عبد الله لاعنا أحدا قط ليس إنسانا وكان سالم يقول قال عبد الله بن عمر قال رسول الله صلى الله عليه وسلم لا ينبغي للمؤمن…

3 dəq. oxunuş 4 084

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz