Hedislere gore peygemberimiz (s.e.s.)de dan yeri agarana yaxin sabah namazini gilib ,bes…
Sual: hedislere gore peygemberimiz (s.e.s.)de dan yeri agarana yaxin sabah namazini gilib ,bes onda azan niye tez oxunur. cavaba gore evvelceden teshekkur edirem. allah butun oruc tutanlarin ibadetini gebul etsin.
Cavab:
Və aleykumus-sələm. Həm sübh namazını, həm də dikər namazları azn verildikdən (vaxtı girdikdən) dərhal sonra qılmaq lazımdır. Namazlarında səhlənkar olub onları vaxtlı-vaxtında qılmayanları uca Allah hədələyərək belə demişdir: “Vay halına o namaz qılanların ki, onlar öz namazlarından qafildirlər (səhlənkarlıqları üzündən namazlarını vaxtlı-vaxtında qılmazlar); Onlar (namazlarında) riyakarlıq edər.” (əl-Məun surəsi 4, 5, 6-cı ayələr). Allah həm sizin, həm də bütün möminlərin oruclarını qəbul etsin! Amin!!!
304. Abu-Hasan (Baki)
Şərhlər
Hələ şərh yoxdur. İlk şərhi siz yazın.
Şərh yaz