Əqidə

Həcc risaləsi - təqdim

Həcc, bir kəlmə ilə desək möhtəşəm ibadət!
Ehtişamı, mənasında deyil mahiyyətindədir; yəni daşıdığı ruh və içində gizlədilən potensialdadır. Əgər həcc ibadəti itirdiyi ruhuna yenidən qovuşsa, içində daşıdığı potensial özünü büruzə verəcək və bu da insanlıq üçün bir "bası ba'dəl – məvt" [yenidən diriliş] müjdəsi olacaq.

Həcc, Quranın dili ilə, "Allahın simvollarından" [min şə'airillah] ibarət olan bir ibadətdir.
Hər kəs bilir ki, hər simvolun simvollaşdırdığı bir həqiqət var. Daşıdığı həqiqətləri bir tərəfə buraxıb simvollara sarılmaq, əvvəlcə insanı öldürüb sonra cəsədinə sarılmağa bənzəyir. Həcc ibadətini möhtəşəm edən ruhu və potensialı haqqında danışarkən bunu nəzərdə tuturduq.

Yaxın zamanlara qədər həccə dəvə ilə, atla gedərdilər. İndi avtomobillərlə gedirlər. Ərafata dəvəylə çıxar, Müzdəlifəyə, Minaya dəvəylə gedərdilər. Ərafata, Müzdəlifəyə, Minaya gedən dəvə ya avtomobillə, onlara minən insan arasındakı fərq şüur fərqidir. Ona görə də dəvə və avtomobil hacı olmur, nəyi nə üçün etdiyini dərk edən insan isə hacı olur.

Həcc əsnasında, mübarək torpaqlarda yazılmış bu kitabın məqsədi, məhz bu şüur fərqini meydana çıxarmaq və həccin təkrar dirilişinə xidmət etməkdir.

Bu sadə risalənin səhifələri arasında gəzərkən, ürəyi bədənindən əvvəl hərəkətə keçib eşq, azadlıq və əminlik diyarına, yəni "nurun mərkəzinə" doğru qanadlanan ruhlar; Allahla müqaviləniz indidən mübarək olsun!

Mustafa İslamoğlu
10 Aprel 1998,
Məkkə Mükərrəmə

Azerislam.com

Oxşar məqalələr

Əqidə

Nurlu dəstə

Düşün bir kərə! Cənnətə girdiyinə artıq əminsən. Cənnətin qapısının sənin və səninlə bərabər digər Allah dostları üçün açıldığını bilirsən. Ətrafının…

2 dəq. oxunuş 8 204
Əqidə

Ömər ibnu'l xəttab dönəmi: fəthlər

İsami fəthlər Hz. Əbu Bəkir vəfat etdiyi zaman İslam orduları iki cəbhədə cihad edirdilər: bu cəbhələrdən biri İran, digəri də Bizans cəbhəsi idi. Fə…

11 dəq. oxunuş 2 159
Əqidə

Ölümsüzlük yurduna ilk addım

Artıq bu, əzab və ölümdən qurtulduğuna əmin olaraq ölümsüzlük torpağına atdığın ilk addımdır. Sən müşk torpağın üzərində və zəfəran bağçası içərisind…

2 dəq. oxunuş

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz