Əqidə

Haqq

211. Zamanın haqqını verməyən zaman qıtlığı ilə cəzalandırıldığı kimi, insanın haqqına riayət etməyən də dünyada insansızlıqla, axirətdə atəşlə cəzalandırılar. Qul haqqına riayət eyni zamanda insan əməyinə hörmətdir. Başqalarının sahib olduğu mala təcavüzlə yanaşı, eyni zamanda başqalarının zamanına, şəxsiyyətinə, şərəf və heysiyyətinə, tənəffüs edib udduğu havaya təcavüz də qul haqqına aiddir. Məsələn bağlı məkanda içilən siqaret, olduğunuz məkanda insanları narahat edən pis bir qoxu da qul haqqına təcavüzdür.

212. Qul haqqını qorumaq kimi, heyvan, təbiət, bitki və hətta əşya haqqını qorumaq da möminliyin devizidir. Həzrəti Nəbi (sas) hətta "yoldakı bir maneəni qaldırmağı" imanın bir şərti saymış, qurbanlıq heyvanlara müəyyən bir yaş standartı gətirərək heyvanların belə həyat haqqını mühafizə etmişdir.

213. Haqq anlayışı bir mömin üçün çox şey ifadə edir. Yetim, öksüz, dul, fağır, qonşu, qohum, yoldaş haqqı, yeyilmiş çörək, içilmiş su haqqı olduğu kimi; sevginin və nifrətin, dostluğun və düşmənliyin də bir haqqı var. Sahibi olduğun canın, səhhətin, gözün, qulağın, dilin, dodağın da haqqı var.

214. Eynilə onun kimi hər peşənin və işin də bir haqqı vardır. Bir dəmirçi işlədiyi dəmirə haqqını, bir təbib müayinənin haqqını, bir alim elminin haqqını, bir yazıçı qələminin haqqını, bir rəssam sənətinin haqqını verməlidir. Təbii ki, hər Müsəlman imanının, İslamının və namazının haqqını vermək məcburiyyətindədir. Eynilə qazandığı pulun haqqını vermək məcburiyyətində olduğu kimi.

215. Pulun haqqı şəriətə uyğun yolla qazanılıb şəriətə uyğun yerə xərclənməkdir.

Azerislam.com

Oxşar məqalələr

Əqidə

Həzrəti şuayb

Həzrəti Şuaybın adı Qurani Kərimdə Əraf, Hud, Şuara və Ənkabut surələrində keçir. [ 1 ] Allah onu peyğəmbər olaraq Mədyən və Eykə xalqlarına göndərib…

7 dəq. oxunuş 6 242
Əqidə

Təqdim

Dünyadakı bütün yollar ölümə gedir. Ölümdən sonra yollar tək yola çıxır, o da Allaha gedir. Allahdan başlayan yol yenə də Allahda bitir. Həyata bir n…

2 dəq. oxunuş 1 902
Əqidə

Ölümü anlamaq

Həyat nə qədər həqiqətdirsə, ölüm də bir o qədər həqiqətdir. Fəqət insanların həyatlarına baxsanız dilləri ilə bunu söylədikləri halda, yaşantıları i…

7 dəq. oxunuş 2 453

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz