Hakim xastani carrahiya zamani bilmadan digar yerini yaralayir.xasta rahmata gedir bu…
Sual: SALAM.HAKIM XASTANI CARRAHIYA ZAMANI BILMADAN DIGAR YERINI YARALAYIR.XASTA RAHMATA GEDIR BU NADIR ACALDIR YOXSA NA XAHISH EDIRAM SARH EDASINIZ ???
Cavab:
Və aleykumus-sələm.
Bəli bu əcəldir. Çünki, insanın əcəli çatdıqda heç vaxt gecikmir. Elə həmin vaxtda da vəfat edir. Uca Allah buyurur: “(Ya Rəsulum!) De: "Allahın istədiyindən başqa, mən özümə nə bir xeyir, nə də bir zərər verə bilərəm. Hər ümmətin (əzəldən müəyyən olunmuş) bir əcəl vaxtı (ömrünün sona çatma, məhv olma çağı) vardır. Onların əcəli gəlib çatdıqda (ondan) bircə saat belə nə geri qalar, nə də irəli keçərlər.” (Yunus surəsi 49-cu ayə).
Başqa bir ayədə də uca Allah belə buyurur: “Əgər Allah insanları zülmləri üzündən cəzalandırsaydı, yer üzündə heç bir canlını sağ buraxmazdı. Lakin (Allah) onlara müəyyən müddət (ömürlərinin sonunadək) möhlət verər. Əcəlləri gəlib çatdıqda isə (ondan) bircə saat belə nə geri qalar, nə də irəli keçə bilərlər.” (ən-Nəhl surəsi 61-ci ayə).
Elə buna görə də demək olar ki, uca Allah həmin şəxsin qədərinə elə o cür vəfat etməyi yazıb.
750. elvin aliyev (Ismayilli seher)
Şərhlər
Hələ şərh yoxdur. İlk şərhi siz yazın.
Şərh yaz