Əqidə

Fiqh

70. Fiqh, fiqhı oxumaq deyil, fiqh etməkdir, yəni düşünmək, təfəkkür etmək. Fiqhı, düşünməyi öyrənmək üçün oxuyun. Fiqhı oxuyaraq sizdən öncəkilərin dinin əsas mətnləri üzərində necə baş sındırıb, səy göstərdiklərini öyrənə bilərsiniz.

71.Fiqhlı yaşayın. Fiqhlı yaşamaq hüquqlu yaşamaqdır. Hüquqsuzluğun o bir adı olan fiqhsızlıq anarxiyadır. Ən böyük nizama aşiq olanların həyatında nizamsızlığa və intizamsızlığa yer yoxdur.

72. Etdiyiniz hər bir işin İslam şəriətindəki yerini öyrənməyi qarşınıza məqsəd qoyun. Bu Müsəlmanlığınızın inkar edilməz bir parçası olsun. Belə ki, siz kitabsız deyil, kitablı bir dinin mənsublarısınız. Həyatınızda “kitabsız iş” olmamalıdır.

73. İbadət fiqhını bilmək kimi məslək və iş fiqhını bilmək də borcunuzdur. Hər kəs məsləyi ilə bağlı fiqhı mövzuları bilmək məcburiyyətindədir. Bu o şəxsə gündəlik işləri barəsindəki fiqhı [elm-i hal] bildiyi kimi fərz-i ayındır [1]. İbadətlərinizi atanızdan gördüyünüz kimi deyil Peyğəmbərin etdiyi kimi edin. Bunun üçün də ibadət fiqhını yaxşı öyrənin. Əgər bacara bilsəniz ibadətlərinizin dəlillərini də öyrənin. Zatən “muqəllid” [2] də ona deyirlər.

74. Təqlid deyil təhqiq əhli olmağa səy göstərin. Təqlid Ərəb dilində “dəvə yüyəni” mənasına gələn “qiladə” kəlməsindən törəyib. Əlbəttə, hər təqlid “yüyən” keçirmək deyil. Zatən “qiladə” terminin bir mənası da “gərdanlıq” deməkdir.

75. Təqib etdiyinizin təqlidçisi olmaq əvəzinə təhqiqçisi olun. Kölgəsi olmaq yerinə “Şəxsiyyət” olun. Əlbəttə, bu geniş kütlələr üçün mümkün deyil. Əgər mütləq təqlid edəcəksinizsə ən yaxşını təqlid edin. Allahın sizə nümunə göstərdiyini təqlid edin. İpini səhv bələdçinin əlinə verənin sonu qorxulu olar. Unutmayın qeyd-şərtsiz təqlidi caiz olan yeganə bəşər “Allahın əxlaqı ilə əxlaqlanan” məsum Nəbilər, dolayısı ilə onların son və kamil təmsilçisi Məhəmməd əleyhissalamdır.

[1]Mükəlləf olan hər kəs tərəfindən yerinə yetirilməsi vacib olan, fərz
[2]Təqlidçi, təqlid edən, başqalarının rəyi ilə əməl edən, bir müctəhidin rəyinə bağlı olaraq əməl edən.

Azerislam.com

Oxşar məqalələr

Əqidə

Nurlu dəstə

Düşün bir kərə! Cənnətə girdiyinə artıq əminsən. Cənnətin qapısının sənin və səninlə bərabər digər Allah dostları üçün açıldığını bilirsən. Ətrafının…

2 dəq. oxunuş 8 203
Əqidə

Ömər ibnu'l xəttab dönəmi: fəthlər

İsami fəthlər Hz. Əbu Bəkir vəfat etdiyi zaman İslam orduları iki cəbhədə cihad edirdilər: bu cəbhələrdən biri İran, digəri də Bizans cəbhəsi idi. Fə…

11 dəq. oxunuş 2 158
Əqidə

Ölümsüzlük yurduna ilk addım

Artıq bu, əzab və ölümdən qurtulduğuna əmin olaraq ölümsüzlük torpağına atdığın ilk addımdır. Sən müşk torpağın üzərində və zəfəran bağçası içərisind…

2 dəq. oxunuş

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz