Sual-Cavab

Əziz qardaşlarım, mümkünsə ALLAH rizası üçün mənə sünnət namazlarının vaxtlarını və…

Sual: Assalamaleykum! Əziz qardaşlarım, mümkünsə ALLAH rizası üçün mənə sünnət namazlarının vaxtlarını və saylarını bildirərdiniz. ALLAH razı olsun! Assalamaleykum!

Cavab:

Və aleykumus-sələm.

Bəzi sünnət namazları aşağıdakılardır:

1. Fəcr namazından əvvəl qılınan iki rükət sünnə namazı;

2. Zöhr namazından əvvəl iki və ya dörd (iki-iki) rükət, sonra isə iki rükət qılınan sünnə namazı;

3. Əsr namazından əvvəl qılınan iki və ya dörd (iki-iki) rükət sünnə namazı;

4. Məğrib namazından sonra qılınan iki rükət sünnə namazı;

5. İşa namazından sonra qılınan iki rükət sünnə namazı;

6. Azan və iqamə arasında qılınan iki rükət sünnə namazı;

7. Dəstəmaz aldıqdan sonra qılınan iki rükət sünnə namazı;

8. Məscidə daxil olduqda oturmamışdan öncə qılınan iki rükət “təhiyyə” namazı;

9. İstixarə namazı; İstixarə - Allahdan uğur və kömək diləmək deməkdir. Bu namaz iki rükətdən ibarət adi sünnət (nafilə) namazıdır. Bu namaz zamanı salamdan öncə “İstixarə” duası deyilir.

10. İstisqa (yağış diləmə) namazı; Bu namaz istənilən vaxt Allahdan yağış diləmək üçün qılınana iki rükət sünnə namazıdır.

11. Duha namazı; Bu namaz aşağıdakı şəkildə qılınır: Duha namazı iki rükət və daha çox cüt sayda qılınan sünnət namazıdır. Bu namazın neçə rükət qılınmasına heç bir məhdudiyyət yoxdur. Duha namazının vaxtı günəş üfüqdən bir nizə hündürlüyündə qalxdıqdan səmanın ortasına (zenitə) yüksəlməsindən bir az əvvələ qədərdir.

12. Vitr namazı; “Vitr” tək deməkdir. Bu, gecə qılınan tək saylı namazdır. Gecə namazlarından (təhəccüddən) sonra da qılınır. Aişə (Allah ondan razı olsun) rəvayət edir ki, “Peyğəmbər (səllallahu aleyhi və səlləm) gecənin hər vaxtında - əvvəlində, ortasında və axırında Vitr namazını qılardı. (Əfzəl olduğu üçün) Vitri sübh namazına yaxın (gecənin sonunda) qılardı.” (Bu hədisi Buxari və Muslim rəvayət etmişdir). Abdullah ibn Ömər (Allah ondan razı olsun) rəvayət edir ki, “Peyğəmbər (səllallahu aleyhi və səlləm) dedi: “Vitr gecənin axırında qılınan bir rükətdir.”

Əl-Mühamili Peyğəmbərin (səllallahu aleyhi və səlləm) Vitr namazının növlərini aşağıdakı kimi qeyd etmişdir:

a) Bir rükət;

b) Üç rükət (iki, sonra da bir ayrı, və ya üç rükət ardıcıl);

c) Beş rükət (ardıcıl);

d) Yeddi rükət (altı rükət ardıcıl qılıb təşəhhüdü oxumaq, sonra qalxıb yeddinci rükəti tamamlamaq);

e) Doqquz rükət (səkkiz rükət ardıcıl qılıb təşəhhüd oxumaq, sonra qalxıb doqquzu tamamlamaq);

f) On bir rükət (on rükəti cüt-cüt qılıb salam verməklə tamamlamaq, sonra da bir rükət qılmaq);

Qeyd: Burada, ardıcıl dedikdə, rükətlərin arasında təşəhhüdü oxumamaq nəzərdə tutulur.

Abdullah ibn Abbas (Allah ondan razı olsun) rəvayət edir ki, “Peyğəmbər (səllallahu aleyhi və səlləm) on üç rükət gecə namazı qıldı”. (Bu hədisi Buxari rəvayət etmişdir).

Vitr namazının vaxtı: İşa namazının sünnəsindən sonra sübh namazınadək.

……………………………………………………………………………...

748. Şahin Şükürzadə (Bakı)

Oxşar məqalələr

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz