Hədis elmi

Ev tikən adam


عن حبة بن خالد وسواء بن خالد أنهما أتيا النبي صلى الله عليه وسلم وهو يعالج حائطا أو بناء له فأعاناه

453.Həbbə ibn Xalid (r.a) və Səva ibn Xalid (r.a) Peyğəmbər (s.a.s) divarı düzəldərkən və yaxud öz evini tikərkən onun yanına gəlib ona yardım etdilər.
[ Zəifdir ]

عن قيس بن أبى حازم قال دخلنا على خباب نعوده وقد اكتوى سبع كيات فقال إن أصحابنا الذين سلفوا مضوا ولم تنقصهم الدنيا وإنا أصبنا ما لا نجد له موضعا إلا التراب ولولا أن النبي صلى الله عليه وسلم نهانا أن ندعو بالموت لدعوت به

454.Qeys ibn Əbu Hazim deyir ki, biz Xəbbaba (r.a) baş çəkmək üçün onun yanına gəldik. O, artıq yeddi dəfə öz bədəninə dağ basmışdı. O dedi: “Öncəki dostlarımız artıq keçib-getmişlər. Dünya onların Axirət mükafatlarından heç nəyi əskiltməmişdir. Biz isə əlimizdə olan imkanları torpağa xərcləməkdən başqa bir şey bilmirik. Və əgər Peyğəmbər (s.a.s) bizə ölüm diləməyi qadağan etməsəydi, özümə ölüm arzulayardım”.
[ Səhihdir ]

ثم أتيناه مرة أخرى وهو يبنى حائطا له فقال إن المسلم يؤجر في كل شيء ينفقه إلا في شيء يجعله في التراب

455. Xəbbab evinin divarını tikərkən (r.a) onun yanında gəldik. O dedi: “Həqiqətən də müsəlman torpağa qoyduğundan başqa (yerdə qalan) hər bir şeydə savab qazanır”.
[ Səhihdir ]

عن عبد الله بن عمرو قال مر النبي صلى الله عليه وسلم وأنا أصلح خصا لنا فقال ما هذا قلت أصلح خصنا يا رسول الله فقال الأمر أسرع من ذلك

456.Abdullah ibn Amr (r.a) rəvayət edir ki, mən komamızı düzəldərkən Peyğəmbər (s.a.s) mənim yanımdan keçib dedi: “Bu nədir?” Mən dedim: “Komamızı düzəldirəm, ya Rəsulallah!” O dedi: “Əcəlin gəlişi bunun yıxılmasından daha tezdir!”
[ Səhihdir ]

Oxşar məqalələr

Hədis elmi

Qohumluq əlaqələrını möhkəmləndırməyın fəzılətı

عن أبى هريرة قال اتى رجل النبي صلى الله عليه وسلم فقال يا رسول الله ان لي قرابة أصلهم ويقطعون وأحسن إليهم ويسيئون إلى ويجهلون على وأحلم عنهم قال لئن …

2 dəq. oxunuş 3 850
Hədis elmi

Mömin tənə vuran deyil

عن سالم بن عبد الله قال ما سمعت عبد الله لاعنا أحدا قط ليس إنسانا وكان سالم يقول قال عبد الله بن عمر قال رسول الله صلى الله عليه وسلم لا ينبغي للمؤمن…

3 dəq. oxunuş 4 084

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz