Aktual

Əqrəblər bir saat geri çəkilir

Yay vaxtının tətbiqi sabah bitəcək. 29 oktyabr bazar günü saat 05:00-da saatın əqrəbləri 1 saat geri çəkiləcək. 26 martda başlayan yay vaxtı (irəli saat) tətbiqi, iş vaxtının günün günəşli hissəsinə alınması şərti ilə gün işığından daha çox faydalanması, elektrik enerjisinin işıqlandırılmada istifadə olunan bölməsinə qənaət edilməsi məqsədilə edilir.

Nazirlər Kabinetinin 17 mart 1997-ci il tarixli “Azərbaycan Respublikası ərazisində yay vaxtı tətbiq edilməsi haqqında” qərarına əsasən bu il də oktyabrın sonuncu bazar günü: 28-dən 29-na keçən gecə saat 05:00-da əqrəblər bir saat geri çəkilməklə qış vaxtına keçiləcək.

Beləliklə, sabahdan etibarən məlum olduğu kimi namaz vaxtları geri çəkilir.
Növbəti həftə cümə namazı saat 13:00 da qılınmağa başlanacaq.
Bütün namaz vaxtları isə 1 saat geriyə çəkiləcək.

Allah bizləri bütün vaxtlardan lazımi qədər faydalananlardan etsin. Amin!

Oxşar məqalələr

Aktual

Yoxsa onlar görmürlər?

Yarım milyon sortdan çox bitki aləmi Allah-Təalanın yer üzündəki möcüzəvi əsərlərindən biridir. Təbiəti öz zənginliyi ilə bürüyən növbənöv bitkilər i…

5 dəq. oxunuş 19 398
Aktual

DOĞUM gününə “ÖLÜM” təbriki

Gündə bir kərpic düşür, Ömrümün sarayından [Nizami Gəncəvi] “Doğum günü!” Nədənsə bizdə bu gün “ad günü” kimi qeyd olunur. Hər kəs, - sevdiklərin, do…

4 dəq. oxunuş 11 096
Aktual

Salam

Salam, İslam, müsəlman, təslim... Hər birinin kökü eynidir. Salam deyəndə ilk əvvəl ağlımıza müsəlman olan biri gəlir. Çünki yalnız müsəlman olan, tə…

2 dəq. oxunuş 19 008

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz