Ən yaxın və ən yaxın qonşular
عن الحسن أنه سئل عن الجار فقال أربعين دارا أمامه وأربعين خلفه وأربعين عن يمينه وأربعين عن يساره
109. Həsəndən (r.a) qonşu barədə soruşdular. O dedi: “Önündəki qırx ev, arxandakı qırx ev, sağındakı qırx ev və solundakı qırx ev (qonşulardır)!”
[ İsnadı həsəndir ]
عن أبي هريرة قال ولا يبدأ بجاره الأقصى قبل الأدنى ولكن يبدأ بالأدنى قبل الأقصى
110. Əbu Hureyra (r.a) dedi: “(Qonşusuna yaxşılıq etmək istəyən) yaxın qonşunu qoyub uzaq qonşudan başlamamalıdır, əksinə uzaq qonşudan əvvəl yaxın qonşudan başlamalıdır”.
[ İsnadı zəifdir ]
Şərhlər
Hələ şərh yoxdur. İlk şərhi siz yazın.
Şərh yaz