Əqidə

Ədalət

138. Adil olun. Ədalət hökmün və rəhbərliyin ruhudur. Həm nəfsin, həm dostun, həm düşmənin haqqında hökm verərkən şüarınız "ədalət" olsun. Adil olmaq xüsusiyyətini itirən əmniyyət və etibarlılığını itirib. Onları itirənin isə sadəcə adı "mömin"dir.

139. Adil olmaq hikmət tələb edir. Əksi zülmdür. Zülm, bir şeyi yerindən etmək, hikmət isə bir şeyi öz yerinə qoymaqdır. İnsanlar daha çox sevdiklərinə və qəzəbləndiklərinə qarşı ədalətsiz davranarlar. Sevdikləri zaman onun xətalarını görməz, görə bilməz və təbii ki, düzəldə də bilməzlər. Qəzəbləndikləri zaman da o şəxsin yaxşı tərəflərini görməz, görə bilməz, başqa sözlə desək örnək ala bilməzlər. Hər ikisi də ədalətsizlik, natarazlıqdır. Gözü kor edən bir sevgi və ya nifrət sahibi üçün müalicəsi olmayan bir fəlakətdir.

140. Kimliyindən asılı olmayaraq məzlumu müdafiə etməyi həyatınızın ən dəyişməz amalına çevirin. Ədalət ehtirasınız, təmkin düsturunuz, həqiqət təəssübünüz, zülm düşməniniz, zalım rəqibiniz olsun.

141. Zalım və ya məzlum olmaq kimi iki seçim arasında qalmışsınızsa, zalım olmağı deyil, məzlum olmağı seçin. Qardaşınız da olsa "özümüzünkü"dür deyərək zalımı müdafiə edib zülmü dəstəkləməyin, Düşməniniz də olsa "onlardan"dır deyərək zülmə biganə qalmayın.

142. Tabeliyinizdəkilərə qarşı adil olun. Sahibkarsınızsa ədalət sərvətinizin təməli, müqtədirsinizsə ədalət mülkünüzün təməli, ailə başçısısınızsa ədalət ailənizin təməli, imamsınızsa ədalət camaatınızın təməlidir.

143. "Zalım da olsa, məzlum da olsa qardaşınıza yardım edin." Məzluma yardım etmək, ona olunan zülmə əngəl olmaqdır. Zülm edən qardaşınızdırsa ona necə yardım edəcəksiniz? Əlbəttə, onun da zülmünə əngəl olaraq. Bu qardaşlıq vəzifənizdir.

144. Zülmə seyirci və səssiz qalmaq Peyğəmbərin dili ilə desək "şeytan" olmaqdır, həm də "dilsiz şeytan". Dilsiz şeytan olmağa razı olmayın. Unutmayın ki, zərurət halında İslam həddi aşmadan içki içməyə də, donuz əti yeməyə də rüsxət vermişdir. Amma zərurət halında zülmə izin verməmişdir."Dövlətin davamlılığı üçün işgəncəni məzur göstərənlər, Allahın qəzəbinə uğrayarlar. Allah qüdsi bir hədisdə "Zülmü Özümə belə haram etdim" deyir.

Azerislam.com

Oxşar məqalələr

Əqidə

Həzrəti şuayb

Həzrəti Şuaybın adı Qurani Kərimdə Əraf, Hud, Şuara və Ənkabut surələrində keçir. [ 1 ] Allah onu peyğəmbər olaraq Mədyən və Eykə xalqlarına göndərib…

7 dəq. oxunuş 6 242
Əqidə

Təqdim

Dünyadakı bütün yollar ölümə gedir. Ölümdən sonra yollar tək yola çıxır, o da Allaha gedir. Allahdan başlayan yol yenə də Allahda bitir. Həyata bir n…

2 dəq. oxunuş 1 902
Əqidə

Ölümü anlamaq

Həyat nə qədər həqiqətdirsə, ölüm də bir o qədər həqiqətdir. Fəqət insanların həyatlarına baxsanız dilləri ilə bunu söylədikləri halda, yaşantıları i…

7 dəq. oxunuş 2 453

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz