Sual-Cavab

Dua ederken tam semimi olmaq ucun ne etmek gerekdir?

Sual: 1. Dua ederken tam semimi olmaq ucun ne etmek gerekdir? 2. Jahillere qarsi ureimin getdikje daslasdigini gorurem. Dualarimda onlara hidayet isteyende ozume istediyim kimi semimi olmuram. Bu imanin zeifliyindendirmi? Qarsisini neje ala bilerem? 3. Dua edib Allahdan nese isteyende sanki kimse qulagima picildair: "Sen filan, filan emelleri elemirsen, ne uzle Allahdan nese isteirsen?!". Bajilardan biri bunun sheytan(authu biLlah) terefinden vesvese oldugunu dedi. Ne etmeliem? Allah(SwT) razi olsun.

Cavab:

Və aleykumus-sələm.

1. Duanın qəbul olma səbəblərindən ən başlıcası ixlasdır (səmimiyyətdir). Dua edən şəxs Allaha tam ixlasla dua etməli və yəqinliklə bilməlidir ki, onun duası qəbul olacaqdır. Duanın qəbul olması o demək deyil ki, Allah istədiyin şeyi bu dünyada mütlək verəcəkdir. Duanın qəbul olması o deməkdir ki, uca Allah sizə 3 şeydən birini verəcəkdir:

- İstədiyiniz şeyi ya bu dünyada verəcək;

- ya onun əvəzini axirətdə verəcək;

- ya da həmin dua vasitəsilə sizin başınıza gələcək bəlaları sizdən dəf edəcəkdir.

Odur ki, dua edən şəxs yəqinliklə bilməlidir ki, Allah ona bu 3 şeydən birini mütlək merəcəkdir.

2. Hər bir müsəlman yalnız kafirlərə qarşı şiddətli olmalıdır. Uca Allah buyurur: “Muhəmməd (əleyhissəlam) Allahın Peyğəmbəridir. Onunla birlikdə olanlar (möminlər) kafirlərə qarşı sərt, bir-birinə (öz aralarında) isə mərhəmətlidirlər...” (əl-Fəth surəsi 29-cu ayə). Əgər müsəlmanın qəlbində kafirə qarşı sərtlik varsa bu onun imanının çoxluğundandır.

Lakin hər bir müsəlman çahil müsəlmanlara qarşı mülayim olmalıdır. Uca Allah buyurur: “(Ya Rəsulum!) Allahın mərhəməti səbəbinə sən onlarla (döyüşdən qaçıb sonra yanına qayıdanlarla) yumşaq rəftar etdin. Əgər qaba, sərt ürəkli olsaydın, əlbəttə, onlar sənin ətrafından dağılıb gedərdilər.” (Ali İmran surəsi 159-cu ayə). Bu ayə göstərir ki, cahil müsəlmanlarla mülayim olmaq lazımdır. Buna da əməl etmək üçün hər bir kəs həmin çahillərin haqq yoluna gəlməsini istəməlidir. Bir şeyi də unutmamalıdır ki, əgər onun əli ilə bir şəxs islama gələrsə bu onun üçün dünya və onun içindəkilərdən daha xeyirli olar. Odur ki, kim bu xeyirə, savaba nail olmağı düşünərsə çahillərin haqq yoluna gəlməsi üçün daha səmimi olar.

3. Bəli, bu şeytan tərəfindən vəsvəsə ola bilər. Çünki, şeytan öncə çalışır ki insanları Allaha dua etməkdən yayındırsın, buna nail olduqdan sonra isə çalışır ki, onları Allahdan qerisinə dua etməyə sövq etsin. Odur ki, şeytanın bu ilk addımlarının qarşısını vaxtında almaq lazımdır. Belə ki, siz daima Allaha dua etməkdə davam edin.

Allah sizdən də razı olsun.

Və aleykumus-sələm.

468. BoA_101 (Baki)

Oxşar məqalələr

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz