Hədis elmi

Dostundan arxayın olub onu tərifləyən kəs


عن أبى هريرة أن النبي صلى الله عليه وسلم قال نعم الرجل أبو بكر نعم الرجل عمر نعم الرجل أبو عبيدة نعم الرجل أسيد بن حضير نعم الرجل ثابت بن قيس بن شماس نعم الرجل معاذ بن عمرو بن الجموح نعم الرجل معاذ بن جبل قال وبئس الرجل فلان وبئس الرجل فلان حتى عد سبعة

Əbu Hureyra (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.s) dedi: “Nə gözəl kişidir Əbu Bəkr. Nə gözəl kişidir Ömər. Nə gözəl kişidir Əbu Ubeydə. Nə gözəl kişidir Useyd ibn Hudeyr. Nə gözəl kişidir Sabit ibn Qeys ibn Şəmmas. Nə gözəl kişidir Muaz ibn Amr ibnul-Cəmuh. Nə gözəl kişidir Muaz ibn Cəbəl”. Sonra da: “Nə pis kişidir filankəs. Nə pis kişidir filankəs”- deyə yeddi nəfərin adını çəkdi.
[ Səhihdir ]

عن عائشة قالت استأذن رجل على رسول الله صلى الله عليه وسلم فقال رسول الله صلى الله عليه وسلم بئس بن العشيرة فلما دخل هش له وانبسط إليه فلما خرج الرجل استأذن آخر قال نعم بن العشيرة فلما دخل لم ينبسط اليه كما انبسط إلى الآخر ولم يهش إليه كما هش للآخر فلما خرج قلت يا رسول الله قلت لفلان ثم هششت إليه و قلت لفلان ولم أرك صنعت مثله قال يا عائشة إن من شر الناس من اتقي لفحشه

Aişə (r.a) rəvayət edir ki, bir kişi Peyğəmbərin (s.a.s) yanına daxil olmaq üçün izn istədi. Peyğəmbər (s.a.s) (onu görəndə): “Nə pis yoldaşdır!”- dedi. Kişi içəri daxil olduqda isə gülərüzlə onu qarşılayıb qollarını ona tərəf açdı. (Bu) kişi çıxıb getdikdən sonra başqa birisi Peyğəmbərin (s.a.s) yanına daxil olmaq üçün izn istədi. Peyğəmbər (s.a.s) (onu görəndə): “Nə gözəl yoldaşdır!”- dedi. (Lakin) içəri daxil olduqda əvvəlkini qarşıladığı kimi onu da gülərüzlə qarşılamadı, əvvəlkini qucaqladığı kimi onu da qucaqlamadı. Kişi çıxıb getdikdən sonra dedim: “Ey Allahın elçisi! Filankəs barədə filan şey dedin, sonra da onu qucaqladın. Filankəs barədə filan şey dedin, sonra heç ona diqqət yetirmədin”. O dedi: “Ey Aişə! Həqiqətən, insanların ən pisi alçaq hərəkətlərindən ehtiyat edilən kimsədir”.
[ Birinci kişinin rəvayətindən başqa qalan rəvayət zəifdir ]

Oxşar məqalələr

Hədis elmi

Qohumluq əlaqələrını möhkəmləndırməyın fəzılətı

عن أبى هريرة قال اتى رجل النبي صلى الله عليه وسلم فقال يا رسول الله ان لي قرابة أصلهم ويقطعون وأحسن إليهم ويسيئون إلى ويجهلون على وأحلم عنهم قال لئن …

2 dəq. oxunuş 3 828
Hədis elmi

Mömin tənə vuran deyil

عن سالم بن عبد الله قال ما سمعت عبد الله لاعنا أحدا قط ليس إنسانا وكان سالم يقول قال عبد الله بن عمر قال رسول الله صلى الله عليه وسلم لا ينبغي للمؤمن…

3 dəq. oxunuş 4 065

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz