Sual-Cavab

Dogrudandami eger bu beledise onda xristianlar cehenneme dushecekler?

Sual: xristianlarin coxusu isani allah bililer... dogrudandami eger bu beledise onda xristianlar cehenneme dushecekler?

Cavab:

Bəli, nəsranilərin (xristianların) əksəriyyəti İsa Peyğəmbəri Allah hesab edirlər. Elə ona görə də bu cür etiqad edənlər Cəhənnəmə daxil olacaqlar. Uca Allah buyurur: “"Allah Məryəm oğlu Məsihdir", - deyənlər, şübhəsiz ki, kafir oldular. (Onlara) de: "Əgər Allah Məryəm oğlu Məsihi, anasını və yer üzündə olanların hamısını məhv etmək istəsə, (bu işdə) kim Ona bir şeylə mane ola bilər? Göylərin, yerlərin və onların arasında olan hər bir şeyin ixtiyarı Allahın əlindədir. O, istədiyini yaradar, Allah hər şeyə qadirdir!” (əl-Maidə surəsi 17-ci ayə). Başbir ayədə də belə buyurur: “Şübhəsiz ki: "Allah Məryəm oğlu Məsihdir!" - deyənlər kafir oldular. Halbuki Məsih (İsa) belə demişdi: "Ey İsrail oğulları! Mənim də, sizin də Rəbbiniz olan Allaha ibadət edin! Allaha şərik qoşana Allah, şübhəsiz ki, Cənnəti haram edər. Onun düşəcəyi yer Cəhənnəmdir. Zalımların heç bir köməkçisi yoxdur!” (əl-Maidə surəsi 72-ci ayə).

195. nigar eliyeva (baki)

Oxşar məqalələr

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz