Childaga getmek olarmi?
Sual: Assalamaleykum!!! Bir insan mashini idare ederken avariya veziyyeti yaradir. Amma her Shukur ALLAHA yaxshi qurtarir. Indi hemin adamin ureyinde qorxu qalib. O ne etsin? Childaga getmek olarmi? ALLAH razi olsun! Assalamalykum ve Rahmetullahi ve Berakatuh!!!
Cavab:
Və aleykumus-sələm.
Xeyr, həmin qorxunu çildaq vasitəsi ilə götürmək olmaz. Onun qəlbində olan bu qorxu şeytan tərəfindən olduğu üçün onu Alllaha ibadət etmək, (ərəbcə) Quran oxumaq (və ya kasetdə ona quilaq asmaq), Peyğəmbərin (səllallahu aleyhi və səlləm) etdiyi səhər (sübh namazından sonra) və axşam (məğrib namazından öncə) zikirləri etmək, “əl-Fələq”, “əlİxlas” və “ən-Nas” surələrini oxumaq və Allahdan kömək diləmək vasitəsi ilə götürmək olar. Allah sizdən də razı olsun.
Və aleykumus-sələmu və rahmətullahi və bərakətuhu.
639. cavid (baki)
Şərhlər
Hələ şərh yoxdur. İlk şərhi siz yazın.
Şərh yaz