Əqidə

Cənnətin qapısına çatmaq

Tam Cənnətin qapısına çatanda qapı bütün gözəlliyi ilə qarşında durar. Gözəllik və nura – Cənnət qapılarının hüsnü-camalına baxırsan. Sən və ətrafında olan Allah dostları Cənnətin qapısına çatanda varlığınız sevincdən uçar. Fərəhdən coşan könlün tezliklə Cənnətə girməyə can atar. O nurlu məkan sakinləri arasında özünü bir təsəvvür et! Onlar kərəm və xoşbəxtliyə qovuşmuş bəxtiyarlardır. Çöhrələri Allahın rizasından par-par yanar. Sevincli, nəşəli və şəndirlər.

Cənnətin qapısına məzarının toz-torpağı, məhşərin hərarəti və başına gələnlərin yorğunluğu ilə çatmısan. Allahın dostları üçün hazırladığı çeşmələrin gözəl suyuna baxarsan. Soyuqluğuna sevinərək həmin an suyun içinə dalarsan. O qədər xoş gələr ki sənə… Məhşərdə çəkdiyin üzüntü və yorğunluğu bir andaca yox edər. Səni hər cürə toz və kirdən tərtəmiz edər. Toxunar toxunmaz hiss etdiyin sərin çeşmə səni son dərəcə sevindirər. Hələ Sıratın hərarətindən və qovurucu istisindən yeni qurtulmusan.

Cənnətin qapısı ağzına bədənlərinin bir qismini atəşin yalayıb yandırdığı başqa kimsələr də çatar. Sən də elə biri ola bilərsən. Məhşərin hərarətindən, məxluqatın nəfəslərinin hərarətindən, Sıratın dəhşətli məşəqqətindən qurtuluşu bəs nə bilmişdin?

Bütün bunlardan keçərək Cənnətin qapısına qədər çatmısan. Sıratın hərarətindən və Qiyamətin yandırıb yaxan istisindən sonra vücudun o suyun sərinliyinə daldığı zaman qəlbindəki sevinci bir təsəvvür et!

Sən Cənnətə girmək və orada əbədi qalmaq üçün təmizlənərək yuyunduğunu bildiyin üçün son dərəcə fərəhlisən. Suda yuyunduqca yuyunarsan. Getdikcə rənginin gözəlliyi artar, vücudunu parlaqlıq və rahatlıq bürüyər. Sonra o sudan ən gözəl şəkildə və nurun tamamlanmış olaraq çıxarsan. O sudan çıxıb mükəmməl gözəlliyinə, camalının füsünkarlığına və parlaqlığına baxdığın an könlünün nə dərəcədə sevinc içində olduğunu təsəvvür et! Çünki artıq sən ancaq Rəbbinin qatına - Cənnətə girmək üçün təmizləndiyinin fərqindəsən.

Azerislam.com

Oxşar məqalələr

Əqidə

Nurlu dəstə

Düşün bir kərə! Cənnətə girdiyinə artıq əminsən. Cənnətin qapısının sənin və səninlə bərabər digər Allah dostları üçün açıldığını bilirsən. Ətrafının…

2 dəq. oxunuş 8 204
Əqidə

Ömər ibnu'l xəttab dönəmi: fəthlər

İsami fəthlər Hz. Əbu Bəkir vəfat etdiyi zaman İslam orduları iki cəbhədə cihad edirdilər: bu cəbhələrdən biri İran, digəri də Bizans cəbhəsi idi. Fə…

11 dəq. oxunuş 2 159
Əqidə

Ölümsüzlük yurduna ilk addım

Artıq bu, əzab və ölümdən qurtulduğuna əmin olaraq ölümsüzlük torpağına atdığın ilk addımdır. Sən müşk torpağın üzərində və zəfəran bağçası içərisind…

2 dəq. oxunuş

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz