Əqidə

Cənnətə giriş

Cənnətin qapıları açılarkən, gözəl qoxuların ətri və axar suların xoş səsi dalğa-dalğa yayılar. Sənin də üzünü və bütün bədənini sanki oxşayıb durar. Cənnətin xoş rayihələri, kəskin misk qoxusu, qırmızı zəfəranı, sarı kəfuru və ənbəri, meyvələrinin gözəl ətri, yam-yaşıl ağacları, sərin mehi hər tərəfə dolub daşar.

Bu gözəl qoxular və əsintilər iybilmə duyğunda bir-birinə qarışaraq beyninə çatar, xoşluğu qəlbini doldurar, oradan da bütün orqanlarına yayılar. Gözünlə Cənnət köşklərinin gözəlliyinə - yaşıl zümrüddən, qırmızı yaqutdan, bəyaz mirvaridən ibarət olan böyük daşlarla örtülmüş binalarına baxarsan. Nuru, parlaqlığı və gözəlliyi hər tərəfi əhatə etmişdir. Allah onları parlaqlığı və şəffaflığı ilə mükəmməl yaratmışdir.

Bu və Cənnətdə olan digər gözəlliklərin nuru bir-birinə qarışmışdır. Ora girərkən çox böyük nemətlərə qovuşacağını və Rəbbinin camalını seyredəcəyini bildiyindən könlün sevinclə dolaraq Allahın pərdələrinə baxarsan. Cənnət havalarının və rüzgarlarının xoş ətri, mənzərəsinin parlaqlığı, mehinin şirin rayihəsi və oxşayan sərinliyi ilə birlikdə mükəmməl ab-hava yaranar. Hələ bu, üzünə ilk dəyən və səni qəlbinə qədər nüfuz edərək oxşayan ilk əsintilərdir.

Azerislam.com

Oxşar məqalələr

Əqidə

Nurlu dəstə

Düşün bir kərə! Cənnətə girdiyinə artıq əminsən. Cənnətin qapısının sənin və səninlə bərabər digər Allah dostları üçün açıldığını bilirsən. Ətrafının…

2 dəq. oxunuş 8 203
Əqidə

Ömər ibnu'l xəttab dönəmi: fəthlər

İsami fəthlər Hz. Əbu Bəkir vəfat etdiyi zaman İslam orduları iki cəbhədə cihad edirdilər: bu cəbhələrdən biri İran, digəri də Bizans cəbhəsi idi. Fə…

11 dəq. oxunuş 2 158
Əqidə

Ölümsüzlük yurduna ilk addım

Artıq bu, əzab və ölümdən qurtulduğuna əmin olaraq ölümsüzlük torpağına atdığın ilk addımdır. Sən müşk torpağın üzərində və zəfəran bağçası içərisind…

2 dəq. oxunuş

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz