Sual-Cavab

Bu suali man sizin verdiyiniz cavabdan sanra vermayi qarara aldim Peygambarin hadisi…

Sual: Salam bu suali man sizin verdiyiniz cavabdan sanra vermayi qarara aldim Peygambarin hadisi vardir ki kifr etmaya talasmak lazim deyil ona gora da har kasa kafir demak duzgun deyil 2.harda yazilib ki namaz qilmaq istamayanin orucu qabul olmaz har bir shey Allahin amri iladir magar har bir oruc tutub namaz qilan cannata daxil olmaga nail olacaq? bu amallar kifayat deyil (fikrimca)

Cavab:

Və aleykumus-sələm.

Biz heç bir yerdə deməmişik ki, namaz qılmayanın orucu olunmur. Xahiş edirik ki, bizim cavabları bir daha diqqətli oxuyasınız. Bizim cavab belə olmuşdur:

Namaz qılmayan şəxsin oruc tutub-tutmamasına gəlincə bu məsələni iki hissəyə bölmək gərəkdir:

- Namazın gərəksiz olduğunu etiqad edən şəxs kafirdir və oruc tutmağının heç bir faydası yoxdur; Peyğəmbərdən (səllallahu aleyhi və səlləm) soruşduqda o demişdir: “Bizimlə onların (kafirlərin) arasında olan əhd namazdır. Hər kim onu tərk etsə, küfr etmiş olar.”

- Səhlənkarlıq ucbatından namazı tərk edən şəxsin orucunun qəbul olub-olunmaması isə Allaha aiddir.

Cavaba bir daha diqqətlə nəzər salın! Namazı boş şey hesab edən, yəni onu gərəksiz hesab edən şəxs kafirdir. Çünki həmin şəxs Allahı əmrini heç nə sayır və onu boş şey hesab edir. Odur ki, bu cür şəxslərin orucunun heç bir faydası yoxdur. Lakin namazı vacib sayan, onu gərəkli hesab edən, amma səhlənkarlığı üzündən namaz qılmayan şəxsin orucunun qəbul olunub-olunmaması barəsində biz qəti bir hökm verməmişik. Biz bu hökmü Allaha həvalə etmişik. Yəni bu cür orucun qəbul olub-olunmaması Allaha aiddir. Xahiş edirik cavabları diqqətli oxuyasınız.

Qeyd etdiyiniz hədis barəsində isə bizim məlumatımız yoxdur. Əgər həmin hədisin mənbəyini (yəni hansı hədis kitabında yazılmasını) bizə göndərə bilsəydiniz çox məmnun olardıq.

549. sexavet huseynov (tovuz)

Oxşar məqalələr

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz